Ən yuxarı (mobil)_30

Kapital Bank Bakıda filialının ünvanını dəyişir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank Bakıda filialının ünvanını dəyişir

Kapital Bank filial şəbəkəsini optimallaşdırmaqda davam edir. Bank filiallarını müştəriyə daha yaxın və rahat yerlərə köçürür.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Kapital Bank Bakıda "Bakıxanov" filialının ünvanını dəyişəcəkdir. Hazırda Sabunçu rayonu, Ş. Kamilov küçəsi 7 ünvanında fəaliyyət göstərən filial, Sakit Qocayev 13 ünvanına (Sabunçu ATS-nin yanı, "Bakixanov Residens" yaşayış kompleksi) köçəcəkdir. Hazırda yeni ünvanda təmir işləri aparılır. Ofis ən müasir səviyyədə qurulur. Burada müştərilərin uşaqları üçün əyləncə zonası belə fəaliyyət göstərəcəkdir. 

 

Kapital Bankın "Bakıxanov" filialının yeni ünvanı əlverişli olması ilə seçilir, insanların sıx məskunlaşdığı və gediş-gəlişin sıx olduğu zonadır. Bu zonada bir neçə bankın filialı fəaliyyət göstərir. 

 

MÖVCUD FİLİALLARIN TƏMİRİ, YENİ FİLİALLARIN AÇILMASI PLANLAŞDIRILIR

 

"Müştərilərə keyfiyyətli xidmət göstərmək üçün ilk öncə filial şəbəkəmizə “əl gəzdirməli” olduq. Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə də yeni filial və şöbələrimiz açılıb, həmçinin bir sıra filialların ofisləri əsaslı təmir edilib və ya yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda bitmək üzrədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır",- bir neçə gün öncə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev müsahibəsində bildirmişdi. 

25.10.2017 06:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ