Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Bitcoin Gold" bir gün əvvəl "anadan oldu"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bitcoin Gold" bir gün əvvəl "anadan oldu"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İyul ayında başlayan və 25 Oktyabr günü başa çatdırılması gözlənilən "Bitcoin Gold", dünən "Bitcoin Blockchain"in hard forku ilə ortaya çıxıb. "Marja" xəbər verir ki, 1 Noyabrdan etibarən "Bitcoin Gold"un alqı-satqı əməliyyatlarında istifadə edilməyə başlanacağı bildirilir.


 
Gözlənilən gün olan 25 Oktyabrdan 1 gün əvvəl ortaya çıxarılan "Bitcoin Gold", BTG kodu ilə ticarət olunacaq . "Blockchainin"dən 491.407 blok ehtiva edən bir görüntü alan "Bitcoin Gold"un mühəndis komandası, texniki mərhələni başa vurduqdan sonra yeni kripto pulu istifadəyə təqdim edəcəklər.


 
"Bitcoin"in "haçalanmasından" sonra istehsal olunan "Bitcoin Gold"ın çıxarılmasının məqsədi "mədənçilikdə" hər ötən gün artan çətinlikləri azaltmaqdır. Texniki baxımdan çətinləşən və daha bahalı cihazlarla istehsal edilmək məcburiyyətində qalan Bitcoin, yeni kripto pul "Bitcoin Gold" ilə daha da ucuzlaşacaq və asanlaşacaq.


 
1 NOYABRDA PAYLANACAQ


 
"Bitcoin Gold", daha əvvəl edilən açıqlamalara görə 1 Noyabrda, haqqı olan hər kəsə paylanacaq. Başqa sözlə, Bitcoin pul kisəsində bu gün mövcud qalıqları olanlar, 1 Noyabrda eyni nisbətdə BTG-ni kisəsində görəcəklər.

25.10.2017 06:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ