Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“PAŞA Holdinq”də müavin təyin olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Holdinq”də müavin təyin olunacaq

Şahin Məmmədovun, “PAŞA Holdinq” MMC-də Biznesə Dəstək üzrə Direktor və Holdinqin İcraçı Direktorunun müavini vəzifəsinə təyin olunacağı bildirilir.

 

Bu barədə "Marja"ya holdinqə yaxın olan mənbə bildirib.

 

Şahin Məmmədov bu vəzifənin icrasına 2018-ci ilin yanvar ayından etibarən başlayacaqdır.

 

Məlumat üçün bildirək ki, hazırda Şahin Məmmədov "PASHA Bank Georgia"nın İdarə Heyətinin sədridir.

 

Ş.Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin "Mühasibat uçotu və audit" fakültəsinin bakalavr pilləsini və magistraturasını fərqlənmə ilə bitirib, İqtisadiyyat üzrə Fəlsəfə Doktorudur, həmçinin İmtiyazlı Sertifikatlı Mühasiblər Assosiasiyasının (The Association of Chartered Certified Accountants, ACCA) üzvüdür. 

 

2003-cü ildən 2009-cu ilədək olan dövr ərzində bank sektorunda müxtəlif vəzifələrdə işləmiş və auditor fəaliyyəti ilə məşğul olmuşdur. PAŞA Bankda karyerasına 2009-cu ildə Maliyyə Menecmenti Departamentinin direktoru vəzifəsindən başlayıb. 2011-ci ildə Ş.Məmmədov Bankın İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı,2014-cü ildə isə "PAŞA Bank Georgia"nın İdarə Heyətinin sədri təyin olunmuşdur. 

25.10.2017 08:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ