Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Yeni yaradılıb, amma ixracda 5-cidir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni yaradılıb, amma ixracda 5-cidir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2017-ci ilin 9 ayı ərzində ölkədə qeyri-neft sektoru üzrə ixrac icmalını açıqlayıb.

 

Reklam_3_11

İcmala əsasən, qeyri-neft sektoru üzrə ixrac 1 milyard 69 milyon ABŞ dolları həcmində olub və bu ixrac əməliyyatlarında 1582 subyekt iştirak edib. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin reytinq siyahısında ”Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-də yer tutub. Səhmdar Cəmiyyət 32.2 milyon dollarlıq ixrac həcmi ilə siyahıda 5-cidir.

 

Səhmdar Cəmiyyət tərəfindən cari ildə ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarınının ixracı məqsədi ilə mütəmadi olaraq xarici bazarlarda müvafiq araşdırmalar aparılmış, sahibkarlar tərəfindən daxil olan təkliflər müzakirə edilmiş, yerli məhsulların ixracı üçün Rusiya, Belarus, Ukrayna, Çexiya, Fransa, BƏƏ, Bəhreyn, Qətər Əmirliyi kimi ölkələrdə yerləşən ərzaq firmalarına əməkdaşlıq məktubları göndərilmiş və onlarla bir sıra məhsuldar görüşlər keçirilmişdir.

 

Artıq Rusiyanın iki iri ticarət şirkəti ilə Səhmdar Cəmiyyət arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, şirkətlərə ölkədən meyvə-tərəvəz ixracı nəzərdə tutulub və müqavilə çərçivəsində məhsulların partiyası göndərilməyə başlanmışdır.

 

İxrac coğrafiyasında nisbətən yeni olan ərəb ölkələri ilə aparılmış danışıqların nəticəsi kimi, cari ilin sentyabr ayında Qətər Əmirliynə bir yük maşını (TIR) müxtəlif məhsulların ilk partiyası yola salınmış, növbəti aylarda bu istiqamətdə satışın daha da artırılması gözlənilir.

 

Ötən müddət ərzində ölkə başçısının tapşırıqlarına əsasən, Azərbaycan Respublikasına xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektoru məhsullarının xarici bazarlara ixrac edilməsi, alternativ bazarların araşdırılması və xarici investisiyaların cəlb olunması məqsədi ilə çoxsaylı görüşlər keçirilmiş, Macarıstan, Almaniya, Ukrayna, Rusiya, Belarus, Bəhreyn, BƏƏ kimi ölkələrə səfərlər həyata keçirilmiş, Koreya, Yaponiya, Belarus, Türkiyə, Macarıstan və s. ölkələrin diplomatik korpusunun nüməyəndələri ilə müzakirələr aparılmış, ölkənin ixrac imkanları, investisiya mühiti ilə bağlı geniş məlumatlar verilmişdir.

 

”Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC tərəfindən yerli məhsulların ixracının genişləndirilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidentinin 11 aprel 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb.

25.10.2017 09:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ