Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Kredit götürmüş şəxsin zamini azadlığa buraxılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kredit götürmüş şəxsin zamini azadlığa buraxılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Bakı Apellyasiya Məhkəməsində bankdan kredit götürmüş şəxsin zamin qismində göstərdiyi Lalə Bunyatovanın həbsi ilə bağlı qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.


Bu barədə vəkil Əkrəm Həsənov məlumat verib.


Onun sözlərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, Sabunçu Rayon Məhkəməsinin həbs qərarı ləğv edilib və iş geri qaytarılıb. Qərarın ləğv olunması birinci instansiya məhkəməsinin hökm çıxaran zaman düzgün araşdırma aparmaması ilə əsaslandırılıb.


L.Bunyatova məhkəmə zalından azadlığa buraxılıb.


Qeyd edək ki, Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Ağayev "AtaBank"dan kredit götürmüş şəxsin zamin qismində göstrilmiş Lalə Bunyatova barəsində 10 gün müddətinə azadlıqsan məhrumetmə qərarı çıxarıb.
Ə.Həsənov qeyd edib ki, həmin qadın “Azərbaycan Dəmir Yolları”nın işçisidir, lakin o, işsiz kimi göstərilib:

 

"Məhkəmə qərarında göstərilib ki, guya işsiz zamin üzrsüz səbəbdən borcu ödəmir. Halbuki işsiz şəxsin borcu ödəməsi mümkünsüzdür və burada vətəndaşın hər hansı təqsirindən söhbət gedə bilməz".


Vəkil qeyd edib ki, L.Bunyatova “Azərbaycan Dəmir Yolları” QSC-də işləməsinə baxmayaraq, icra məmuru bunu müəyyən etməyib və əmək haqqına tutma yönəltmək əvəzinə xanımın həbsi barədə məhkəməyə təqdimat verib: "Əsas həm də odur ki, xanım borc üzrə haqqında məhkəmə qərarının olmasını yalnız oktyabrın 4-də, həbsindən 13 gün əvvəl bilib. Buna qədər ona heç bir sənəd göndərilməyib".

 

© Report

25.10.2017 10:55

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ