Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan “Embraer” markalı təyyarələr almağı planlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan “Embraer” markalı təyyarələr almağı planlaşdırır

Azərbaycan hökuməti 2018-2021-ci illərdə respublika aeroportlarının modernləşdirilməsi və mülki aviasiyanın inkişafı çərçivəsində bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır. Bu barədə 2018-ci il və növbəti 3 il üçün büdcə materiallarında deyilir.

 

Reklam_3_11

Hökumətin planlarına Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində yeni Avianaviqasiya Mərkəzinin tikintisi daxildir.

 

Bundan başqa, Yevlax aeroportunda radar sisteminin tikintisi, Naxçıvan və Zaqatala aeroportlarında uçuş-enmə zolaqlarının uzadılması və genişləndirilməsi ilə bağlı layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

 

Mülki aviasiyanın inkişafı və gəlirliliyinin artırılması çərçivəsində 2018-2021-ci illərdə aşağıbüdcəli aviaşirkət (Buta Airways) tərəfindən MDB ölkələri, Türkiyə, İran və digər istiqamətlərə uçuşların coğrafiyasının genişləndirilməsi planlaşdırılır.

 

Planlara, həmçinin Braziliyanın “Embraer” şirkətinin istehsalı olan və orta məsafəyə uçuşlar üçün nəzərdə tutulan təyyarələrin satın alınması daxildir.

 

© İnterfaks-Azərbaycan

25.10.2017 11:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ