"Valyuta məzənnəsini silah kimi istifadə edirlər"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, "Valyuta məzənnəsini silah kimi istifadə edirlər" deyib.
"Marja" xəbər verir ki, Prezident Ərdoğan, "Əlində silahı, bombası olan terrorçu ilə, əlində dolları, avro, sələmi olan terrorçu arasında heç bir fərq yoxdur. Məqsəd Türkiyəni diz çöktürməkdir. Valyuta məzənnəsini bir silah kimi istifadə edirlər.
Bizim də müəyyən çətinliklərimiz var. Heç biri ölkəmizdəki valyuta məzənnəsinin bu səviyyələrə gəlməsinin səbəbi ola bilməz. Silahlı və iqtisadi terror hücumlarına qarşı hər bir ölkə tədbirini görməyin yollarını axtarır. Yeni yeni marketinq üsulları inkişaf etdirərək yollar axtarmalıyıq.
Millətimiz valyuta sataraq, 15 İyul ertəsi ilk dalğa təcavüzünün təsirini kəsmişdi. Bunu davam etdirməliyik.
Mərkəzi Bank bu məsələdə lazımi tədbirləri görəcək imkan və qabiliyyətə malikdir. Fədakarlıq ediləcəksə, bu günlər tam zamandır. Bütün ölkənin və millətin mənfəətini söz mövzusu olduğunda banklar müxtəlif hesablar içinə girməməlidir. Gün investisiya, istehsal, duran çarxları işlətmək, işçiləri artırmaq günüdür. İqtisadiyyatı dağıtmaq cəhdlərinə qarşı da milli səfərbərlik elan etməliyik. Şəhidlərimizə, qazilərimizə, bütün əcdadlarımıza bunu borcluyuq. Bizdən sonra gələcək nəsillərə də bunu borcluyuq" deyib.
Ərdoğanın açıqlamalarından sonra Dollar/Tl məzənnəsi 3.79-a düşüb. Məzənnə 3.94-ə qədər yüksəlmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 47 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 1 saat əvvəl
- 16 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
19 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 20 saat əvvəl