Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABB-nin səhmdarlarının üzü güləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABB-nin səhmdarlarının üzü güləcək

Xəbər verdiyimiz kimi, bu ilin 9 ayının nəticələrinə görə Azərbaycan Beynəlxalq Bankı təxminən 470 milyon manat xalis mənfəət açıqlayıb.   
 


"PSG Kapital" İnvestisiya Şirkətinin direktor müavini Cəfər İbrahimli bildirib ki, bu, səhm başına 10 qəpik mənfəət deməkdir: 


"Bankin aktivlərinin ciddi həcimdə azalmasına bağmayaraq səhmlərin nominal dəyəri (27 qəpik) üzərindən gəlirliliyi 38% təşkil edib. Son 1 ildə səhmləri bazar qiyməti ilə alan investorlarin gəlirliyi isə daha yüksəkdir".

 

Azərbaycan Beynəlxalq Bankı bu ilin yanvar-sentyabr aylarını 469,893 milyon manat xalis mənfəətlə başa vurub.
 


9 ay ərzində maliyyə qurumunun faiz gəlirləri 404,988 milyon manat, faiz xərcləri 273,565 milyon manat, qeyri-faiz gəlirləri 464,541 milyon manat, qeyri-faiz xərcləri 120,254 milyon manat təşkil edib. Son nəticədə ABB-nin xalis əməliyyat mənfəəti 475,711 milyon manat təşkil edib ki, bundan da 5 milyon 818 mn manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. 

 

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 241 milyon 287 min manatdır. Bankın səhmlərinin 76,73%-u Maliyyə Nazirliyinə, 14,56%-i problemli aktivlərin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 3,76%-i Əmlak Məsələləri Dövlət Komitəsinə, 0,4%-i 13 qeyri-dövlət müəssisəsinə, 4,55%-i isə 1 759 fiziki şəxsə məxsusdur. 

25.10.2017 14:07

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ