Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

“Azərbaycan Beynəlxalq Bankı”nın Tender elanı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan Beynəlxalq Bankı”nın Tender elanı

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti CISCO şəbəkə avadanlığı və lisenziyalarınsatın alınması üzrə açıq tender elan edir

 

Tender 1 lot üzrə keçirilir.

 

Lot 1. CISCO şəbəkə avadanlığı və lisenziyaların satın alınması.

 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

 

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

 

 İştirak haqqı - 100 manat 

 

BANKIN ADI:        Azərbaycan Beynəlxalq Bankı

VÖEN :                 9900001881

KOD:                    805250

SWIFT:                 IBAZAZ2X

MÜXBİR HESAB: AZ03NABZ01350100000000002944

HESAB:                AZ12IBAZ34501019440000100100    AZN

HESAB:                AZ33IBAZ34511018400000100100    USD  

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvanından (əlaqələndirici şəxs: Emin İbrahimov, telefon: 012 4930091, daxili 2700, 2703, elektron poçt ünvanı: [email protected]) ala bilərlər.

 

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

 

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

 

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

 

-tender təklifi (tender zərflərinin açıldığı tarixdən (23 noyabr 2017-ci il) sonra azı 30 (otuz) bank günü (yəni ən azı 9 yanvar 2018-ci il tarixinədək) qüvvədə olmalıdır);

 

-tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən azı 30 bank günü çox olmalıdır (yəni ən azı 20 fevral 2018-ci il tarixinədək qüvvədə olmalıdır);

 

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

 

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

 

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

 

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

 

- iddiaçı istehsalçı ilə rəsmi partnyor münasibətlərini təsdiqləyən, cari akkreditasiya səviyyəsi üzrə CISCO səlahiyyətini təqdim etməlidir.

 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

 

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 16 noyabr 2017-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 22 noyabr 2017-ci il saat 17.00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvana təqdim etməlidirlər.

 

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 

İddiaçıların təklifləri 23 noyabr 2017-ci il saat 11.00-da Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvanda açılacaqdır.

 

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

25.10.2017 15:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ