Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan mis hasilatını kəskin artıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan mis hasilatını kəskin artıracaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gələn il Azərbaycanda 5 471,5 kq qızıl filiz və konsentratının hasil olunacağı proqnozlaşdırılır. Bu da 2017-ci ilin proqnozu ilə müqayisədə 3% artım deməkdir.


Bu barədə İqtisadiyyat Nazirliyinin 2018-ci il və sonrakı 3 il üzrə iqtisadi proqnozlar göstəricilərinə istinadən xəbər verir.


Qızıl hasilatının 2019-cu ildə 5 635,7 kq (2017-ci ilin proqnozu ilə müqayisədə 6,1% çox), 2020-ci ildə 5 804,7 kq (2017-ci ilin proqnozu ilə müqayisədə 9,3% çox) və 2021-ci ildə 5 978,9 kq (2017-ci ilin proqnozu ilə müqayisədə 12,6% çox) olacağı gözlənilir.


Proqnoza əsasən, gümüş hasilatı isə qarşıdakı 4 ildə 2017-ci ilin proqnozu ilə eyni səviyyədə qalacaq. Belə ki, 2017-2021-ci illərdə hər il 355 kq gümüş filiz və konsentratı hasilatı proqnozlaşdırılır.


Mis filiz və konsentrat hasilatında isə 2018-ci ildə ciddi artım nəzərdə tutulub. Belə ki, 2018-ci ildə 4 466,0 kq mis hasilatı proqnozlaşdırılır ki, bu da 2017-ci illə müqayisədə 80,6% çoxdur. 2019-2020-ci illərdə hasilatın eyni səviyyəədə qalması, 2021-ci ildə artaraq 5 987,9 kq təşkil edəcəyi gözlənilir.

 

1 İLDƏ 50% BAHALAŞIB

 

Mis qiymətləri ötən 12 ayda  50%-dən çox yüksələrək üç ilin ən yüksək səviyyəsini görüb.


 
 Misin London Metal Birjasında qiyməti 7123 dollar/ton səviyyəsinə qalxıb.

 

© Report, Marja

25.10.2017 16:00

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ