Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Avropada sənaye istehsalı artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropada sənaye istehsalı artıb

Avropa Statistika Ofisinin (Eurostat) bu gün açıqladığı məlumatlara görə, ortaq pul vahidi olaraq avronu istifadə edən 19 üzvlü Avro Bölgəsində  sənaye istehsalı, ötən ilin noyabr ayında oktyabr ayı ilə müqayisəylə 1,5% artıb. Sənaye istehsalı, 2015-ci ilin noyabr ayı ilə müqayisədə isə 3,2% artım göstərib.


 
Bazarlarda sənaye istehsalının vahid valyuta ittifaqında aylıq 0,5 faiz və illik 1,5 faiz artması gözlənilirdi. Sənaye istehsalı beləliklə bazar gözləntilərinin üzərində performans göstərib.

Reklam_3_11


 
28 ölkədən ibarət olan Avropa Birliyində isə sənaye istehsalı, noyabrda əvvəlki aya nisbətən 1,6 faiz və 2015-ci ilin noyabr ayı ilə müqayisədə də 3,1 faiz yüksəlib.


 
 Göstəricinin mövcud olduğu ABİ ölkələri içində, sənaye istehsalında aylıq müqayisədə ən çox artım   16,3% ilə İrlandiyada görülüb, Yunanıstan və Portuqaliyada sənaye istehsalı 0,9 faiz geriləyib.


 
 2015-ci ilin noyabr ayı ilə müqayisədə isə sənaye istehsalı ən çox artan ölkə 14,6% ilə İrlandiya olub. Malta və İsveçin sənaye istehsalında isə 0,8%-lik azalış görülüb.


 
 Avropanın aparıcı iqtisadiyyatı Almaniyada da sənaye istehsalı noyabrda aylıq müqayisədə 0,3 faiz və illik müqayisədə 2,3 faiz artmışdır.

12.01.2017 13:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ