Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Metallurgiya kompleksinin təməlinin qoyulmasına hazırlıq işləri aparılır - 1,2 milyon avro

iç səhifə xəbər başlığı altı (mobil)_31
Metallurgiya kompleksinin təməlinin qoyulmasına hazırlıq işləri aparılır - 1,2 milyon avro
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Kimya Sənaye Parkı”nda “Alqo Lubriqant” MMC tərəfindən inşa edilən süni sürtkü yağları zavodunda tikinti quraşdırma işləri başa çatıb. 

 

"Marja" xəbər verir ki, bunu Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib.

 

Başçı qeyd edib ki, “Azərsun” Sumqayıt Sənaye Parkında “Tara” anbar təsərrüfatı üçün yeni binanın tikinti işləri davam etdirilib. İllik istehsal gücü 650 min ton olan azot gübrəsi istehsal edəcək zavodun tikinti işlərinin ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub. 

 

Sumqayıt Kimya Sənaye Parkında hazırda sənaye sahələri üzrə ixtisaslı kadrların hazırlanması üçün müasir tipli Peşə Tədris Mərkəzi, 5 rezident tərəfindən müxtəlif məhsullar, o cümlədən, polipropilen, yüksək sıxlıqlı polietilen tikinti materialları üçün qatqı, ferroərintilər, yüksək təzyiqə davamlı birləşdiricilər və kənd təsərrüfatında ziyanvericilərə qarşı pesdisidlər istehsal ediləcək müəssisələrin tikintisi davam etdirilir. 4 rezident isə yeni istehsal sahələrinin yaradılması üçün layihələndirmə işlərinə başlayıb. 

 

“Baku Stell Company” və İtaliyanın “Danieli” şirkətləri arasında dəyəri 1,2 milyard avro olan müqaviləyə əsasən, “Azərboru” ASC-nin ərazisində tikiləcək 5 müəssisədən ibarət metallurgiya kompleksinin təməlinin qoyulmasına hazırlıq işləri aparılır.

 

"Yuxarıda qeyd olunan müəssisələrin tikintisinə təqribən 2,3 milyard ABŞ dolları həcmində investisiya qoyulacaqdır. Burada 2 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. İstehsal olunacaq məhsullar respublikamıza bütünlüklə xaricdən idxal olunur. Yaxın gələcəkdə Sumqayıtın ixracı əvəz edəcək və ixracyönümlü məhsulların istehsalı, yeni istehsal sahələrinin yaradılması və ölkənin qeyri-neft sektorunun inkişafı istiqamətində xüsusi rolu və çəkisi olacaqdır",- Zakir Fərəcov deyib. 

 

Həmçinin “Metak” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhərindən istehsal sahələrini Sumqayıt şəhərinə köçürmək məqsədilə yeni istehsal sahələrinin yaradılmasına başlanılıb. 

26.10.2017 06:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ