Dollar/TL 3.80-dən geri döndü

Türk Lirəsi bu həftəki əməliyyatlarda dəyərdən düşüb


 

Bu həftə əsasən 3.70 səviyyəsinin üzərində olan Dollar/TL məzənnəsi Çərşənbə günkü əməliyyatlarda 3.80 səviyyəsini keçmişdi.  Dollar, Türk Lirəsi qarşısında sərt yüksələrək saat 20:32-də 3.8075 səviyyəsini görüb.

 

"Marja" xəbər verir ki, sonradan mərhələli olaraq geriləyən dollar/TL  məzənnəsi, Cümə axşamı günkü əməliyyatlara 3.75 səviyyələrindən davam edir.

 

Türk Lirəsinin ucuzlaşmasına, banklara bağlı mətbuatda çıxan mənfi xəbərlər təsir edib.

 

“Nomura”  və “UniCredit”, Türkitə Mərkəzi Bankının siyasətdə dəyişikliyə getməməsiylə Lirənin daha da zəifləməsini gözləyirlər.

 

Türk Lirəsi (TL), ABŞ ilə olan diplomatik gərginlik ilə əlaqədar olaraq Türkiyə Mərkəzi Bankının Sentyabr ayındakı yığıncağından bu yana avro və dollar səbəti qarşısında 9% ucuzlaşıb. 

26 Oktyabr 2017 , 09:31   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin