Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Səba"nın satışları artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Səba"nın satışları artıb

"Səba" ASC-nin satışları artıb.

 

Reklam_3_11

"Marja" şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2016-cı ildə ASC-nin satışları 48 milyon 216 min manat təşkil edib. Bu, 2015-ci illə müqayisədə 2 milyon 422 min manat və ya 5,3% çoxdur. "Səba" ASC 2015-ci ildə 45 milyon 794 min manat satış reallaşdırmışdı.

 

2016-cı ildə "Səba" ASC-nin cəmi xərcləri 51 milyon 557 min manat təşkil edib. Xərclər gəlirlərdən çox olduğundan ASC ötən ili 3 milyon 341 min manat zərər ilə bağlayıb. ASC-nin xərclərinin 36,4 miyon manatını material xərcləri təşkil edib. 

 

Qeyd edək ki, "Səba" ASC ucuz yem istehsalına və yeni mağazalarının açılmasına böyük sərmayə yatırır. Bu səbəbdən də şirkətin xərcləri yüksək olur. Qarşıdakı illərdə sərmayələrin geri dönüşünün artması ilə ASC-nin mənfəətə keçəcəyi gözlənilir.

 

Qeyd edək ki, "SƏBA" ticarət nişanı hazırda "SƏBA” ASC, "Biləsuvar Aqro" MMC və "Qarabağ Taxıl" MMC  və “ Dəvəçi Broyler Dərin Emal” MMC şirkətlərini birləşdirir.

 

“Qarabağ Taxıl” MMC-nin torpaqdan aldığı əkinçilik məhsulları “SƏBA”ya göndərilir. “SƏBA” yetişdiriyi quşların qidasını özü təmin edir və bununla da qidalanmanın kefiyyətindən əmin olur. “SƏBA”da  yetişdirilmiş quşçuluq məhsulları “Dərin Emal” MMC-yə yönəldilir. Burada toyuq əti dərin emal prosesi keçərək yarımfabrikat məhsulları hazırlanır. Bu fəaliyyət “SƏBA”nın “Təbiətdən mətbəxə” konsepsiyasına tam uyğun gəlir.

26.10.2017 07:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ