Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İlin sonunadək Azərbaycan bazarını tərk edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlin sonunadək Azərbaycan bazarını tərk edəcək

"Azercell Telekom" MMC-nin səhmdarı olan "TeliaSonera Holding BV" bu ilin sonunadək Azərbaycan bazarını tərk etməyi planlaşdırır.

 

Bu barədə "Turkcell" şirkətinin baş icraçı direktoru Kaan Terzioğlu bildirib.


 
Onun sözlərinə görə, "TeliaSonera Holding BV"-nin Avrasiya regionundakı aktivlərini idarə edən "Fintur Holding BV" şirkətinin Azərbaycan, Qazaxıstan, Gürcüstan və Moldova bazarlarını tərk etməsi prosesi davam edir və prosesin ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.


 
Nizamnamə kapitalı 538 mln. dollar olan "Fintur Holding BV"-nin səhmlərinin 41,45%-i "Turkcell" şirkətinə, 58,55%-i isə "TeliaSonera" holdinqinə məxsusdur.


 
Qeyd edək ki, "TeliaSonera Holding BV"-nin Avrasiya regionundakı aktivləri "Fintur Holdings" tərəfindən idarə olunur. Söhbət "Azercell" (Azərbaycan), "GeoCell" (Gürcüstan), "KCell" (Qaxaxıstan), "MoldCell" (Moldova) kimi aktivlərdən gedir.
 


Bundan öncə "TeliaSonera Holding BV" bəyan edib ki, tədricən Avrasiya regionundakı iştirakını dayandıracaq. Şirkət "uzun illərdir yerli tərəfdaşlarının korrupsiyaya uğramasına dair araşdırmalardan yorulduğunu" bildirib. Holdinq artıq Nepal və Özbəkistandakı aktivlərini satıb.

 

© APA

26.10.2017 08:56

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ