Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Putin: Rublun məzənnəsi sabitləşib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Putin: Rublun məzənnəsi sabitləşib

Rusiya Prezidenti Vladimir Putin, Rusiyanın qızıl ehtiyatlarının artdığını, tədiyyə balansının gücləndiyini, Rublun məzənnəsinin sabitləşdiyini bildirib.

 

"Marja" xəbər verir ki, Putin, "Rusiya çağırır" forumunda etdiyi çıxışında, "İlin əvvəlində Rusiya Mərkəzi Bankının beynəlxalq ehtiyatları 377 milyard dollarkən, 13 Oktyabrda ehtiyatlar 427 milyard dollar olub. Rusiya iqtisadiyyatına əlavə təkan verməyi hədəfləyirik" deyib.

 

Rusiyanın maliyyə sektoru xaric iqtisadiyyatına edilən birbaşa xarici sərmayələrin ilin doqquz ayında 23 milyard dollara çatdığını söyləyən Putin, bu rəqəmin əvvəlki illə müqayisədə iki dəfə çox və son dörd ilin rekordu olduğunu bildirib.  

 

"Sərmayə gəlişi və ixracın artması ölkənin tədiyyə balansını gücləndirir. Rusiyanın qızıl ehtiyatları da ilin əvvəlindən bu yana 13% artıb, Rubl sabitləşib",- Putin deyib.

 

QİDA İXRACI SİLAH İXRACINI KEÇİB

 

Rusiya Prezidenti Vladimir Putin, 2016-cı ildə Rusiyadan ixrac edilən qida və kənd təsərrüfatı məhsulları həcminin təxminən 5% artaraq silah ixracatını aşdığını bildirib.
 
Putin, "2016-cı ilin nəticəsində qida və aqrar məhsulların  ixracı 4.9% artaraq 17.1 milyard dollara çatıb. 2016-cı ildə silah ixracı isə 15.3 milyard dollar olaraq reallaşıb" deyib.
 
Putin, Rusiya rəhbərliyinin maneələri ardan qaldıraraq ixracatı dəstəkləmə tədbirlərini artıracağını qeyd edib.

26.10.2017 09:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ