Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Tikinti şirkəti sakinlərin razılığı olmadan bina sökür - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tikinti şirkəti sakinlərin razılığı olmadan bina sökür - FOTOLAR

Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi 69 ünvanında yerləşən 48 mənzilli yaşayış bunasının sakinləri "Marja"ya müraciət ediblər. Binada 200 sakin yaşayır. 


 
Müraciətdə qeyd edilir ki, 1970-ci ildə tikilən və  sakinlərin mülkiyyətində olan 7 mərtəbəli daş bina şəhərin xarici görünüşünə xələl gətirmir və qəzalı vəziyyətdə deyil:

 

"Lakin buna baxmayaraq, bizim razılığımız olmadan və sakinlərin binada yaşamasına baxmayaraq  “Pilot İnşaat-A” şirkəti (ünvan: Mərdənov Qardaşları küçəsi, ev 41/47) heç bir qanuni əsası olmadan bizim mülkiyyətimizi sökməyə başlayıb. Qeyd olunan firmanın işçiləri mənzilləri və binanın üzlüyünü dağıdır, binanı yararsız və qəzalı vəziyyətə salırlar.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən bizim bina sökülməyi nəzərdə tutulan binaların siyahısında deyil. Əlavə olaraq bildiririk ki, “Pilot İnşaat-A” firması bu əməllərini həyata keçirərkən dövlət adından itifadə edir.

 

Dəfələrlə aidiyyatı dövlət qurumlarına, o cümlədən Bakı şəhər və Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etməyimizə baxmayaraq “Pilot İnşaat-A” şirkəti bu gündə əməllərindən əl çəkməyərək binanın söküntüsünə davam edir",- Müraciətdə bildirilir.

 

“Pilot İnşaat-A” şirkətinin mövqeyini öyrənməyə çalışırıq.

26.10.2017 10:09

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ