Tikinti şirkəti sakinlərin razılığı olmadan bina sökür - FOTOLAR
Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi 69 ünvanında yerləşən 48 mənzilli yaşayış bunasının sakinləri "Marja"ya müraciət ediblər. Binada 200 sakin yaşayır.
Müraciətdə qeyd edilir ki, 1970-ci ildə tikilən və sakinlərin mülkiyyətində olan 7 mərtəbəli daş bina şəhərin xarici görünüşünə xələl gətirmir və qəzalı vəziyyətdə deyil:
"Lakin buna baxmayaraq, bizim razılığımız olmadan və sakinlərin binada yaşamasına baxmayaraq “Pilot İnşaat-A” şirkəti (ünvan: Mərdənov Qardaşları küçəsi, ev 41/47) heç bir qanuni əsası olmadan bizim mülkiyyətimizi sökməyə başlayıb. Qeyd olunan firmanın işçiləri mənzilləri və binanın üzlüyünü dağıdır, binanı yararsız və qəzalı vəziyyətə salırlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən bizim bina sökülməyi nəzərdə tutulan binaların siyahısında deyil. Əlavə olaraq bildiririk ki, “Pilot İnşaat-A” firması bu əməllərini həyata keçirərkən dövlət adından itifadə edir.
Dəfələrlə aidiyyatı dövlət qurumlarına, o cümlədən Bakı şəhər və Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etməyimizə baxmayaraq “Pilot İnşaat-A” şirkəti bu gündə əməllərindən əl çəkməyərək binanın söküntüsünə davam edir",- Müraciətdə bildirilir.
“Pilot İnşaat-A” şirkətinin mövqeyini öyrənməyə çalışırıq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 gün sonra
-
7 saat əvvəl
Satışı zəif olan şirkətləri sevindirəcək xəbər – BU, BİR FÜRSƏTDİR
- 13 saat əvvəl
-
13 saat əvvəl
Sabahın və həftənin sonunadək gözlənilən hava şəraiti açıqlanıb
-
15 saat əvvəl
BPC sədri: “Bu günə qədər yüzlərlə layihə həyata keçirmişik” - MÜSAHİBƏ
-
17 saat əvvəl
"Səba" ASC-nin törəmə cəmiyyətlərində iştirak payları və onların nizamnamə kapitalı artırılacaq
-
18 saat əvvəl
"Kredit əlçatanlığının təmin olunmasına və faizlərin azaldılmasına xüsusi ehtiyac var"
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
ABB-nin sədri vətəndaşlara kütləvi səhm satışının anonsunu verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl