Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Sabaha olan hava proqnozu açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabaha olan hava proqnozu açıqlanıb

 Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 27-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Reklam_3_11

 

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.


Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 11-14° isti, gündüz 16-19° isti, Bakıda gecə 12-14°, gündüz 17-19° isti olacağı gözlənilir.


Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

 


Azərbaycanın rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, duman olacağı gözlənilir.

 

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 7-12°, gündüz 18-23° isti, dağlarda gecə 4-9°, gündüz 11-16° isti olacağı gözlənilir. 

26.10.2017 10:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ