Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bitkoin alaq yoxsa almayaq?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bitkoin alaq yoxsa almayaq?

Bitkoin alaq yoxsa almayaq? Bu bitkoinlərin qiyməti 6 min dolları keçdikdən sonra ən çox verilən suallardan biridir.


İqtisadçı Vüqar Bayramov bildirib ki, Bitkoinlərin qiyməti 4 min dollara çatanda qiymət artımlarının olacağını proqnozlaşdırmışdıq.

 

"Qısa zamanda bitkonlərin qiyməti 50 faiz artdı. Öncədə qeyd etdiyimiz sualını cavablandırmadan ən öncə aydınlıq üçün bitkoin nədir məqamını aydınlaşdırmaq lazımdır. Bitkoin virtual ödəmə vasitəsidir. Kriptovalyuta olaraq Bitkoin ilk virtual puldur ki, mərkəzləşdirilmədən dövriyyəyə buraxılıb. Bu da həmin valyutanım uğur qazanması səbəblərindən biridir. Bu pulu əldə etmək istəyənlər Bitkoinin internet səhifəsinə daxil olub özləri üçün pulqabı yarada bilərlər. Həmin pulqabı vasitəsilə Bitkoin sifariş etmək münkündür. Eyni zamanda, qeydiyyatdan keçdikdən sonra yaşadığınız şəhərdə kimlərin Bitkoinlərini satışa çıxartdığını da izləyə bilərsiniz.

 

Bitkoinlərdən kredit kartı kimi istifadə etmək, virtual ödənişlər etmək, bilet almaq, internet üzərindən hər hansısa sifariş həyata keçirmək mümkündür. Bitkoin əslində ən sadə ödəmə vasitəsidir. Həmçinin bitkoinlərin yığım funksiyası da var. Burada yığılan vəsaiti qiymət artımları baş veridyi halda sonradan daha baha yüksək dəyər ilə nağdlaşdırmaq mümkündür. Göründüyü kimi, bitkoin ilk baxışdan cəlb edicidir. Bura bəzi on-line ticarət şirkətləri ilə alış-veriş zamanı tətbiq etdikləri endirimləri də əlavə etsək o zaman mənzərə daha aydın olar.
Bəzilərinin dollara alternativ kimi baxdıqları bitkoinin gələcəyi eyni zamanda aparıcı ölkələrin bu virtual pula münasibətindən asılı olacaq. Çin Xalq Respublikası bir müddət öncə bitkoin istifadəsinin ölkə ərazisində məhdudlaşdırılacağı ilə bağlı məlumat yaymışdı. Lakin bir çox inkişaf etmiş ölkələrin bitkoinə marağının artması həmin məhdudiyyəti aradan qaldırdı. Və bu Bitkoinə qlobal marağı daha da artırdı.

 

Bitkoin dollar yığımlarına təsir göstərir. Çünki Bitkoinin bütün hesablaşmaları dollarla aparılır. Virtual pulların sayı artdıqca, nağd pulların istifadə dairəsi nisbətən məhdudlaşır. Bitkoinə də maraq artdıqca, bu, dolların dövriyyəsinə təsir edə bilər. Çünki Bitkoin özü dollar istifadə dairəsinə və ya nağd pullara təsir edir.

 

Bununla belə, hələlik ciddi təsirlərin olduğunu söyləmək olmaz. Bitkoinin istifadəsində hər hansısa çətinlik olmazsa, ümumiyytlə, o valyuta coğrafi baxımdan limitsiz və məhdudiyyətsiz olaraq işləmək imkanına malik olarsa, bu, onlara marağın artmasına səbəb ola bilər. Reallıq bundan ibarətdir ki, hazırda Bitkoindən istifadə dünya üzrə dayanmadan artır. Bitkoinə marağın artması aparıcı ölkələrin Bitkoinə və ya virtual pullara yanaşmasından asılı olacaq. Çünki bəzi aparıcı ölkələr Bitkoinlərin istifadəsini məhdudlaşdıran zaman onun qiymətində azalmalar olur.


Bununla belə, mərkəzləşdirilməmiş virtual valyutanın gələcəyi ilə bağlı risklər də qalmaqdadır. Ən ciddi narahatçılıq kəskin qiymət artımının “Bitkoin üzərindəki köpüklərin partlamasına” gətirib çıxara biləcəyi ilə bağlıdır. Xüsusən də Beynəlxalq Valyuta Fondunun rəhbərinin bitkoinlər ilə bağlı xəbərdarlığından sonra bu risk daha da güclənməkdədir. Buna görə də, Bitkoin almaq istəyənlərin ehtiyatlı olması, bunu mərhələli şəkildə edərək yığımlarını diversifikasiya etmələri çox vacibdir".

26.10.2017 11:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ