Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Terror hazırlayan şəxslərin evindən bu silah-sursatlar çıxdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Terror hazırlayan şəxslərin evindən bu silah-sursatlar çıxdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Oktyabrın 25-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən müxtəlif dini etiqadlara mənsub üç silahlı şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş ünvanda - Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzilə Abşeron rayon prokurorluğunun və Baş Prokurorluğun Kriminalistika şöbəsinin prokuror-kriminalistlərinin iştirakı ilə baxış keçirilib.


 
Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, baxış zamanı mənzildən 5 ədəd patronla birlikdə 1 ədəd “Makarov” markalı tapança, 2 ədəd partlayışa hazır vəziyyətdə olan əl qumbarası, 7 ədəd hazır vəziyyətdə şüşə butulkalarda kustar üsulla hazırlanmış “Molotov kokteyli”, həmin partlayıcı-yandırıcı predmetlərin alışması üçün nəzərdə tutulmuş xeyli sayda alışdırıcı, “Molotov kokteyli”nin hazırlanması üçün nəzərdə tutulmuş 4 ədəd alışdırıcı maye ilə dolu 5 litrlik plastik qab aşkar edilərək müvafiq qaydada qablaşdırılıb, maddi sübut kimi götürülüb.


 
Faktla bağlı hazırda Abşeron rayon prokurorluğunda araşdırmalar davam etdirilir.


 
Qeyd edək ki, dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs kustar üsulla partlayıcı-yandırıcı predmetlər hazırlayıb, Bakının Lökbatan qəsəbəsində sınaqdan keçirib. Onlar ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə 2017-ci il oktyabrın 28-də Bakıda keçiriləcək mitinqdə terror aktı törətmək barədə razılığa gəliblər.


 
Dövlət Təhlükəsizliyi Xidmətinin oktyabrın 25-də Xırdalan şəhərində keçirdiyi əməliyyat nəticəsində silahlı müqavimət göstərən cinayətkar dəstənin üzvləri - Azərbaycan vətəndaşları “Abdullah” ləqəbli Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, “Əbu-Yunis” ləqəbli Məsimli Anar Mehman oğlu və “Əbu-Vakkaz” ləqəbli Hüseynli Cavid Hüseyn oğlu məhv ediliblər.


 
Xatırladaq ki, Milli Şura oktyabrın 28-də Yasamal rayonu ərazisindəki keçmiş "Məhsul" stadionunda mitinq keçirəcək. Aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.a

26.10.2017 11:18

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ