Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Baş bankir "qara bazar"dan danışdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Baş bankir "qara bazar"dan danışdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Əlaqədar orqanlar "qara bazar"la ciddi mübarizə aparır". Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

 

Reklam_3_11

"Bu işdə Mərkəzi Bank Maliyyə Bazarlarına Nəzarət Palatası və müvafiq hüquq-mühafizə orqanları çox ciddi iş aparır. Bu gün "qara bazar"la rəsmi məzənnə arasındakı cüzi fərqi görürüksə, bu, məhz mübarizənin nəticəsidir", - deyə baş bankir qeyd edib.

 

“TEZLİKLƏ ELAN EDƏCƏYİK”

 

 Elman Rüstəmov  bildirib ki, "Hazırda tam "üzən məzənnə"yə keçidlə bağlı işlər aparılır və tezliklə öz proqramımızı ictimaiyyətə elan edəcəyik".

 

E.Rüstəmovun sözlərinə görə, hansısa məmurun pulları yığıb saxlaması ilə bağlı yayılan fikirlər doğru deyil: "Tam "üzən məzənnə"yə keçid çox sıx makroiqtisadi və struktur problemlərinin həll edilməsini tələb edir. Biz artıq bu ilin əvvəlindən "üzən məzənnə"yə keçmişik. Fevraldan mərkəzi bank öz pulunu hərraca çıxarmır. Amma bazarda tələblə təklif arasında böyük disproporsiya var".

 

© APA, Report

12.12.2016 07:52

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ