Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Draghi: Alış proqramının azaldılması inflyasiyaya etibarı əks etdirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Draghi: Alış proqramının azaldılması inflyasiyaya etibarı əks etdirir

Avropa Mərkəzi Bankının sədri Mario Draghi pul siyasəti yığıncağından sonra mətbuat konfransında danışır.

 

"Marja" xəbər verir ki, Bank bu gün faizlərdə gözlənildiyi kimi dəyişikliyə getməmiş, aylıq 60 milyard avro olan qiymətli kağız alışı miqdarının 2018-ci ilin Yanvar-Sentyabr dövründə aylıq 30 milyard avroya enəcəyini açıqlamışdır. 

 

Draghi bu açıqlamaları etdi; 

 

- Alış miqdarında azaldılma inflyasiyanın hədəfə doğru yaxınlaşmasına olan etibarı əks etdirir,

 

- Faizlər sabit saxlandı və mövcud səviyyələrdə daha uzun bir dövr davam etməsini və alış proqramının müddətindən sonra da davam etməsini nəzərdə tuturuq, 

 

- 60 milyard avro səviyyəsindəki alışları Dekabra qədər davam etdirəcəyik. Yanvardan etibarən proqramın həcmi 30 milyard avro ilə Sentyabra qədər ya da lazım olsa daha uzun müddət davam edəcək,

 

- Maliyyə şərtləri nəzərdə tutduğumuz şəkildə irəliləməzsə İdarə Heyəti alış proqramını artırmağa hazırdır,

 

- İnflyasiya gedişatının pul siyasətinin dəstəyi ilə irəlilədiyi görülür, bu səbəbdən monetar təşviqlər  hələ müəyyən səviyyədə davam etməlidir,

 

- Avro Bölgəsində iqtisadi artım geniş və möhkəmdir,

 

 -Qlobal inkişaf ixracatı dəstəkləyir.

26.10.2017 14:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ