Mobil manşet üstü reklam-3_21

"Unibank" maliyyə göstəricilərini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Unibank" maliyyə göstəricilərini açıqladı

“UniBank” ASC 2017-ci ilin yanvar-sentyabr ayları üzrə maliyyə göstəricilərini açıqlayıb.

 

Reklam_3_11

“Marja” göstəricilərə istinadən xəbər verir ki, cari ilin 9 ayı ərzində bankın cəmi gəlirləri 97 milyon 668 milyon manat, o cümlədən faiz gəlirləri 96 milyon 468 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 200 min manat təşkil edib.

 

Müqayisə üçün qeyd edək ki, 2016-cı ilin 9 ayı ərzində “UniBank”ın cəmi gəlirləri 117 milyon 254 min manat, o cümlədən faiz gəlirləri 96 milyon 817 min manat, qeyri-faiz gəlirləri 20 milyon 437 min manat təşkil etmişdi.

 

FAİZ GƏLİRLƏRİ İLLİK MÜQAYİSƏDƏ RÜBLÜK 2 DƏFƏ ARTIB

 

Üçüncü rübdə “Unibank”ın cəmi gəlirləri 59 milyon 330 min manat, o cümlədən faiz gəlirləri 56 milyon 459 min manat, qeyri-faiz gəlirləri 2 milyon 872 min manat təşkil edib.

 

Ötən ilin iyul-sentyabr dövründə “Unibank”ın faiz gəlirləri 27 milyon 984 min manat təşkil edərkən, bu ilin eyni dövründə faiz gəlirləri 56 milyon 459 min manat təşkil edib.

 

3-cü rübdə “UniBank”ın xərcləri 55 milyon 708 min manat təşkil edib. Nəticədə Bank rübü 3 milyon 621 min manat əməliyyat mənfəəti ilə başa vurub. Bank ehtiyatlara 14 milyon 376 min manat ayırma etdiyi üçün 3-cü rübü 10 milyon 755 min manat zərər ilə başa vurub. Bankın 9 ay üzrə zərəri isə 11 milyon 515 min manat təşkil edib.

 

30 Sentyabr 2017-ci il tarixinə “Unibank”ın cəmi aktivləri 604 milyon 823 min manat, öhdəlikləri 561 milyon 833  min manat, cəmi balans kapitalı isə 42 milyon 990 min manat  təşkil edib. “UniBank” 2016-cı ilin sonunda 716 milyon 522 min manat cəmi aktivlərə 650 milyon manat öhdəliklərə və 66 milyon 516 min manat cəmi balans kapitalına malik idi.

 

Müştərilərə verilmiş kreditlər 426 milyon 612 min manatdan 280 milyon 613 min manata geriləyib. 

 

"UniBank" bu il qiymətli kağızlara investisiyaları bərpa edib. Sentyabrın sonunda Bankın qiymətli kağızlara investisiyaları 27 milyon 915 min manat təşkil edib.

 

“UniBank” maliyyə institutlarından cəlb edilmiş vəsaitləri qaytarır. Ötən ilin sonunda Maliyyə institutlarından cəlb edilmiş vəsaitlər 274 milyon 431 min manat təşkil edərkən, cari ilin Sentyabr ayının sonunda  175 milyon 140 min manat olub. Yəni, 99 milyon 291 min manat azalıb.

 

2016-cı ilin əvvəlində “UniBank”da maliyyə institutlarından cəlb edilmiş vəsaitlər 333 milyon manata yaxın idi.

 

Mənfəət və zərər haqqında hesabat

   

 

1. Rüb - 2017

2. Rüb - 2017

3. Rüb - 2017

    

Faiz və gəlirlərin bu qəbildən olan növləri

17 751

22 258

56 459

Faizlər və onlara bağlı xərclər

 (6 242)

  (7 032)

 (19 581)

    

Xalis faiz mənfəəti

 11 509

 15 226

36 878

    

Qeyri-faiz gəlirləri

  (3 451)

  1 780

   2 871

Qeyri-faiz xərcləri

  (11 621)

(11 628)

   (36 128)

    

Xalis əməliyyat mənfəəti

  (3 563)

   5 378

  3 621

    

Ehtiyatlar üzrə ayırmalar

   (3 230)

 4 284

 14 376

    

Vergilər ödənildikdən sonra mənfəət / (zərər)

     (334)

1 094

 (10 755)

 

Maliyyə vəziyyəti haqqında hesabat

   

Aktivlərin maddələri

31.03.2017

30.06.2017

30.09.2017

Nağd vəsaitlər

  27 493  

34 797  

29 708  

ARMB-yə qarşı tələblər

 119 717  

 112 217  

 86 902  

“Nostro" hesablar

  22 781  

17 851  

 44 488  

Banklar da daxil olmaqla maliyyə müəssisələrinə qarşı tələblər

31 952  

 44 852  

46 427  

Qiymətli kağızlara investisiyalar

               -    

  6 114  

 27 915  

Müştərilərə verilmiş kreditlər

406 999  

387 354  

280 613  

Əsas vəsaitlər

51 595  

 54 614  

 54 795  

İnvestisiyalar

            738  

      740  

    741  

Digər aktivlər

  41 130  

 31 904  

33 233  

    

Cəmi aktivlər

702 406  

 690 444  

 604 823  

    

Öhdəliklərin maddələri

31.03.2017

30.06.2017

30.09.2017

“Loro" hesablar

159  

2 632  

 2 152  

Müştəri hesabları

 355 497  

 362 371  

377 262  

Maliyyə institutlarından cəlb edilmiş vəsaitlər

 265 380  

 200 599  

 175 140  

Digər passivlər

 13 426  

   7 904  

7 279  

    

Cəmi öhdəliklər

 634 463  

 573 506  

 561 833  

    

Cəmi xalis aktivlər

  67 943  

 116 938  

 42 990  

Cəmi öhdəliklər və kapital

702 406  

690 444  

604 823  

    
    
    

Balansdankənar öhdəliklər

31.03.2017

30.06.2017

30.09.2017

Qarantiyalar və bu qəbildən olan öhdəliklər

 2 005  

 2 130  

2 037  

Kredit alətləri

57 382  

  57 203  

 63 292  

Akkreditivlər

               -    

               -    

               -    

Forvard və fyuçers müqavilələri

  12 067  

 13 563  

14 178  

Digər balansarxası öhdəliklər

   715  

 731  

743  

Cəmi

  72 169  

 73 627  

80 250  

     

Əmsallar

Norma

31.03.2017

30.06.2017

30.09.2017

I dərəcəli  kapitalın  adekvatlıq əmsalı

5,0%

8,05%

17,00%

4,39%

Leverec əmsalı

5,0%

6,82%

13,51%

3,66%

     
     

Risk dərəcəsi üzrə ölçülmüş aktivlərin həcmi

31.03.2017

30.06.2017

30.09.2017

     

0%

 

     175 992  

     189 122  

     176 456  

2%

 

      12 081  

      13 578  

      14 193  

20%

 

      14 804  

        9 617  

      43 179  

50%

 

      39 205  

      39 998  

      40 387  

60%

 

      55 423  

      55 173  

      61 376  

100%

 

     183 923  

     182 036  

     114 442  

110%

 

     147 542  

     135 089  

     112 064  

120%

 

     144 193  

     137 080  

     120 997  

Cəmi

 

       773 163

       761 690

       683 094

26.10.2017 15:24

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ