Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu il xurmanı daha yaxşı qiymətə satırlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il xurmanı daha yaxşı qiymətə satırlar

Tovuzda xurma yığımına başlanılıb. Ağaclardan əllə dərilən meyvələr qablaşdırılır, sonra isə maşınlara yığılaraq Rusiyaya göndərilir. Hər il oktyabr ayında başlanan yığım prosesi təxminən 1 ay davam edir.

 

Reklam_3_11

Fermer Akif Qəmbərov deyib ki, ötən illə müqayisədə bu mövsüm məhsuldarlıq daha yüksəkdir. Qiymətlərdə də müəyyən fərqlər var. Bu il mülkiyyətçilər xurmanı daha yaxşı qiymətə satırlar.

 

A.Qəmbərov bildirib ki, hazırda bu meyvənin yapon sortu yığılır. “Bu meyvə tam yetişməmiş yığılır ki, yolda xarab olmasın. Xurma Rusiya bazarlarına çatanadək istənilən səviyyədə yetişir və onu keyfiyyətli mal kimi satmaq mümkün olur”.

 

Ölkəmizdə xurmanın bir neçə sortunun yetişdirildiyini deyən fermer daha çox tələbatın yapon və şərq növlərinə olduğunu qeyd edib. Ölkədə xurmanın qiyməti aşağı olduğundan fermerlər məhsullarını daha çox Rusiya bazarlarına çıxarmağa çalışırlar.

 

Qeyd edək ki, xurma orqanizm üçün faydalılığı ilə seçilən meyvədir. Onun tərkibi yod ilə zəngin olduğu üçün mədə-bağırsaq, ürək-damar sisteminin fəaliyyətinə yaxşı təsir göstərir.

 

© Azərtac

27.10.2017 06:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ