Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

VTB (Azərbaycan) Easy Pay ödəniş terminalları sisteminə qoşulub

iç səhifə xəbər başlığı altı (mobil)_31
VTB (Azərbaycan) Easy Pay ödəniş terminalları sisteminə qoşulub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İndi bank VTB (Azərbaycan)-ın müştəriləri kreditlərinin EasyPay terminalları vasitəsi ilə də ödəyə bilər.

 

Bunun üçün müştərilər EasyPay terminalında Banklar bölməsində VTB (Azərbaycan)-ı seçməlidir. Bundan sonra aşağıdakı 3 parametrdən birini daxil etmək lazımdır:

 

-Müştərinin Pinkodu

-Kredit müqaviləsinin nömrəsi

-Kredit kartının son 6 rəqəmi

 

Bu variantlardan biri daxil edildikdən sonra ödəniş etmək olar. Əməliyyat başa çatdıqda müştəriyə ödənişi təsdiqləyən qəbz verilir. Kreditlər yalnız manatla ödənilir (dollar kreditləri manat ekvivalentində ödənilir).

 

EasyPay terminalları üzrə ödəniş həftənin 7 günü fasiləsiz həyata keçirilir. 17.00-dan sonra və qeyri-iş günlərində olan ödənişlər növbəti iş günü hesaba oturulur.

 

Qeyd edək ki, hazırda VTB (Azərbaycan) müştəriləri kredit üzrə ödənişlərini «Е-manat» və «Milli-Ön» terminalları və www.hesab.az, www.e-pul.az, www.kassam.az onlayn sistemləri vasitəsi ilə həyata keçirə bilər. Bundan başqa, VTB Online və VTB Mobile – internet və mobil bank kimi ödəniş kanalları da müştərilərin ixtiyarındadır.

27.10.2017 08:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ