Ən yuxarı (mobil)-2_30

Twitter səhmlərini "uçuran" açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
Twitter səhmlərini "uçuran" açıqlama

Ən populyar sosial media saytlardan biri olan "Twitter" mənfəətə keçmək üzrədir. 


"marja"nın məlumatına görə, şirkətdən bildiriblər ki, xərclərin azaldılması və digər şirkətlərə məlumat satışının artırılması ilə birlikdə Twitter ilk dəfə növbəti rübdə mənfəətə keçəcəkdir. 
 

Şirkətin böyüməsinin davam edəcəyinin də vurğulandığı açıqlamanın ardından səhmləri 18 faiz artım qeyd edərək 20.31 dollara qalxıb.


Twitter ötən rübdə 590 milyon dollar gəlir əldə etmişdir. Analitik proqnozları isə 587 milyon dollar səviyyəsində idi.
 


Sosial media saytının dünya üzrə 330 milyon aktiv istifadəçisi var. Ötən günlərdə 140 olan işarə sayını 280-ə qaldırmaq üçün test işlərinə başlamışdı.

 

XXX

 

Twitter-dən verilən açıqlamada, bu ilin üçüncü rübündəki gəlirin, ötən ilin eyni dövrü ilə müqayisədə  4,2 faiz azalma göstərərək 590 milyon dollara gerilədiyi bildirilib. Şirkət, 2016-nın iyul-sentyabr dövründə 616 milyon dollar gəlir əldə etmişdi.


 
 Açıqlamada, şirkətin bu ilin üçüncü rübündə 21,1 milyon dollar zərər etdiyi məlumatı verilib. Şirkət, keçən ilin üçüncü rübündə 102,9 milyon dollar zərər etmişdi.


 
Digər tərəfdən, Twitter-in bu ilin üçüncü rübündəki aylıq aktiv istifadəçi sayı, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 330 milyona çatıb.


 
Həmçinin, açıqlamada, şirkətin bu ilin dördüncü rübündə 220 milyon dollar ilə 240 milyon dollar arasında mənfəət əldə edəcəyinin təxmin edildiyi vurğulanıb.


 
Twitter-in üçüncü rüb gəlirlərində azalma və zərər açıqlamasına baxmayaraq, sözügedən göstəricilər və aylıq aktiv istifadəçi sayındakı artım bazar gözləntilərinin üzərində çıxıb.

27.10.2017 08:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ