Mobil manşet üstü reklam-3_21

Bir gündə 6.24 milyard dollar qazanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bir gündə 6.24 milyard dollar qazanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Amazon səhmlərində dünən baş verən yüksəliş, Amazon-un təsisçisi və İcraçı direktoru Cef Bezosa (Jeff Bezos) 6.24 milyard dollar qazandırıb. Bezos beləliklə, dünyanın ən varlı insanı olan Microsft-un qurucusu Bill Qeytsə (Bill Gates) bir addım da yaxınlaşıb.



 
Gözləntilərdən daha yaxşı çıxan maliyyə göstəriciləri nəticəsində Amazon-un səhminin qiyməti 7% bahalaşıb. "Marja" xəbər verir ki, nəticədə şirkətin banisi Bezosun sərvəti əhəmiyyətli dərəcədə artıb.


 
"Bloomberg Milyarderlər" indeksinə görə Bezosun sərvəti 6.24 milyard dollar artımla 83.5 milyard dollara qalxıb. Beləliklə Bezos, 88 milyard dollarla birinci yeri tutan Microsft-un qurucusu Bill Gates ilə aradakı fərqi 4.5 milyard dollara azaldıb.


 
Texnologiya liderləri dünyanın ən varlı  insanları siyahısında ilk yerləri tuturlar və şirkətləri daha yaxşı performans göstərir. İlk 10 yerin 6-sını texnologiya şirkətlərinin təsisçiləri tuturlar.


 
 AMAZON-UN GƏLİRLƏRİ NƏ QƏDƏR ARTIB?


 
 Amazon-un üçüncü rüb gəliri, ötən ilin eyni dövrü ilə müqayisədə 33,6 faiz artımla 43,7 milyard dollara yüksəlib. Şirkət, 2016-nın iyul-sentyabr dövründə 32,7 milyard dollarlıq gəlirə çatmışdı.


 
Ötən ilin üçüncü rübündə 252 milyon dollar xalis mənfəət əldə edən Amazon-un bu ilin eyni dövründəki xalis mənfəəti 1,6 faiz artımla 256 milyon dollar təşkil edib.

27.10.2017 10:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ