Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Biləsuvar və Astara gömrük məntəqələri 24 saatlıq iş rejiminə keçə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Biləsuvar və Astara gömrük məntəqələri 24 saatlıq iş rejiminə keçə bilər

Oktyabrın 27-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Azərbaycanda səfərdə olan İran İslam Respublikasının İqtisadiyyat və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.

 

DGK Mətbuat Xidmətinin yaydığı məlumata görə, ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyən DGK sədri Aydın Əliyev bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. 

 

Səmimi görüşə görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən İran İslam Respublikasının İqtisadiyyat və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. İran hökumətinin Azərbaycanla münasibətləri genişləndirməkdə maraqlı olduğunu bildirən iranlı nazir bütün sahələrdə, o cümlədən, gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib, iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinin vacibliyini diqqətə çatdırıb.

 

Əlaqələrin daha geniş vüsət alması üçün İran, Azərbaycan və Rusiya gömrük xidməti rəhbərlərinin üçtərəfli görüşlərinin keçirilməsinin əhəmiyyətinə toxunan Məsud Kərbasian gələcəkdə bu təklifin reallaşacağına ümid etdiyini bildirib.

 

İranlı nazir eyni zamanda, Şahtaxtı-Poldəşt gömrük-sərhəd keçid məntəqəsinin 12 saatlıq, Biləsuvar və Astara gömrük-sərhəd keçid məntəqələrinin isə 24 saatlıq iş rejiminə keçirilməsi, eləcə də Aslandüz-Horadiz gömrük-sərhəd keçid məntəqəsinin açılmasının əhəmiyyətini vurğulayıb və bu istiqamətdə görülən işlərlə bağlı müzakirələr aparılıb.

27.10.2017 11:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ