Azərbaycan investorları "Lotos"un tikintisində fəaldırlar

“Azərbaycan və İrandan olan investorlar Həştərxan vilayətində "Lotos" xüsusi iqtisadi zonada zavodların inşa edilməsində fəal iştirak edirlər”.


 
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün XİN yanında Rusiya Federasiyası subyektlərinin başçıları Şurasının iclasında bildirib. 


 
S. Lavrov Rusiya regionlarının Xəzəryanı ölkələrlə dialoqunun geniş ticarət-iqtisadi əlaqələrə əsaslandığını qeyd edib: "Regionlar xüsusi iqtisadi zonalar və orada olan təqdim olunan güzəştlərin bütün imkanlarından istifadə edərək əlverişli investisiya mühitinin yaradılması üçün məqsədyönlü işlər görür”. 


 
Rusiya XİN başçısı İran tərəfinin Həştərxan vilayətindəki "Lotos" xüsusi iqtisadi zonada kənd təsərrüfatı layihələrini də həyata keçirdiyini bildirib. 

 

© APA

27 Oktyabr 2017, 14:44   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin