Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Fermerlərin əli bu işdən soyuyur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fermerlərin əli bu işdən soyuyur

Cəlilabad rayonunda üzüm yığımı başa çatıb. Bağlardan orta hesabla hər hektardan 10 ton üzüm toplanıb. Amma bağbanlar mövsümü bir sıra problemlərlə yekunlaşdırıblar. Mütəxəssislər bildirir ki, mövcud problemlər aradan qaldırılmasa rayonda üzüm bağlarının sayı azalacaq.
 

Mütəxəssislər bildirir ki, bağbanların qarşısında duran başlıca problemlərdən biri hər il olduğu kimi bazarın olmamasıdır. Əgər fermerlər becərdikləri məhsulu qonşu ölkələrə əsasən də Rusiya bazarlarına çıxara bilsələr bu onların satışla bağlı üzləşdikləri problemi kökündən həll etmiş olar.

 

Mütəxəssis İmran Babayev: “Hər il olduğu kimi üzümün alışında problemlər yarandı, və o da istər-istəməz fermerlərin əlin bu işdən soyudur.” 

 

İkinci amil isə bağlarda mövcud olan xəstəliklərə qarşı tədbirlərin aparılmasıdır. Necə deyərlər dərd var dərman isə yetərli deyil. Mütəxəssis İmran Babayev deyir ki, bağlara ziyan vuran əsasən “mildiu”, “oidium”, “boz” və “qara çürümə” deyən xəstəliklərdir. 


 
Mütəxəssis İmran Babayev: “Hətta 11-14-dəfə veqetasiya dövründə üzümə çiləmə aparılmasına baxmayaraq bəzən xəstəliklərlə mübarizə lazımi əffekti vermir.”


 
Müxtəlif xəstəliklərə qarşı istifadə edilən dərmanlar ölkəmizə əsasən Türkiyə, Almaniya və İsveçrədən idxal edilir. Amma İmran Babayevin fikirincə bu gün bazarlarda mənşəyi məlum olmayan dərman preparatları kifayət qədər satılır. Bunun qarşısını almaq üçün bu sahəyə nəzarəti daha da gücləndirmək lazımdır.


 
Mütəxəssis İmran Babayev: “Keyfiyyətsiz dərmanlar bazarda çoxdur. Fermerlər onları aşkar edə bilmir. Dərmanlar sertifikatlaşdırılmalıdır. Dərmanlar ancaq laboratoriyadan keçmiş, lazımi icazə sənədi olan dərmanlar satışa buraxılmalıdır.”


 
Fermer Əhmədağa Məmmədov: “Dərmanın tərkibində keyfiyyətsizlik az miqdarda olanda bitkidə xəstəliyə qarşı mübarizəni çox çətinləşdirir.O da xəstəliyin sağalmasına təsir etmir.”
 

Mövzuya aydınlıq gətirmək üçün Biləsuvar rayonlararası Bitkilərin Qarantiyası məntəqəsinə etdiyimiz müraciətimiz cavabsız qaldı. Məntəqədə suallarımıza cavab verəcək hər hansı bir əməkdaşa rast gəlmədik.

 

© ARB TV

27.10.2017 13:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ