Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Ting tapmaq problem olub"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ting tapmaq problem olub"

Cənub bölgəsində sitrus bağları salmaq üçün ting tapılmır. 

 
"Yaşıl Çay" fermer təsərrüfatının rəhbəri Araz Yağubov deyir ki, sahələrində  üç sitrus meyvəsinin tinglərini əkirlər. 


 
 “12 hektar ərazidə artıq aqrotexniki işlər görülmüşdür. Tinglərimiz – naringi, portağal və birdə limondur. Bu tinglərdən əkin həyata keçirmişik. 4 hektar ərazidə artıq əkin işləri aparılmışdır.”


 
Hazırda təsərrüfatında qonşu rayondan aldıqları meyvə tinglərini əkdiklərini deyən fermer bildirir ki, nəzərdə tutduqları 12 hektar ərazidə sitrus bağlarının salınması üçün onlara 10 min ədəd sitrus tingi lazımdır:

 

“Astara rayonundan bu tingləri almışıq. Amma 5 hektar ərazidə biz əkin apara biləcəyik. Artıq ting tapmaq bizim üçün problem olmuşdur.”


 
Baramaçılığın inkişafı ilə bağlı dövlət başçısının verdiyi sərəncama əsasən ölkəmizə Çindən tut tinglərinin gətirildiyini deyən Araz Yağubov, sitrusçuluğun inkişafı ilə bağlı belə bir sənədin imzalanmasını arzulayır:

 

“Bu günləri bizim tingçilik təsərrüfatımız yoxdur ki, biz bu tingi əldə edək. Əkmək istəyirik, ərazilərimiz var, bunun üçün şəraitimiz var. Amma ting yoxdur. Əgər ting ölkəyə gətirilsə, tingçilik təsərrüfatları yaradılsa növbəti illərdə bu əkin genişlənər.”


 
Cənub bölgəsində daha çox sitrus meyvələrinin əkini Astara rayonunda həyata keçirilir. Rayonda ümumilikdə 2 min 350 hektarda sitrus meyvə bağları salınıb.

 

© ARB

27.10.2017 13:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ