Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın İT şirkəti məhsullarını Afrikaya çıxarır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın İT şirkəti məhsullarını Afrikaya çıxarır

Afrika qitəsinin ərazisinə görə ən böyük ölkələrindən biri olan Sudanın əsas telekommunikasiya operatoru SUDATEL TELEKOM şirkətinin prezidenti, həmçinin Azərbaycanın Sudandakı fəxri konsulu Tariq Həmzə Zain El Abdeinin başçılıq etdiyi nümayəndə heyəti ilə ölkəmizin qabaqcıl İT şirkətlərindən biri olan NEURON TECHNOLOGİES şirkətinin ofisində görüş keçirilib. 

 

Bu barədə "Marja"ya  NEURON TECHNOLOGİES şirkətindən bildirilib.

 

SUDATEL TELEKOM şirkəti Sudan ilə yanaşı, həmçinin Mavritaniya, Qvineya, Qana va Seneqalda fəaliyyat göstərir. 


Görüşdə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndələri də iştirak edib.


Görüş zamanı NEURON TECHNOLOGİES şirkətinin təsisçisi və direktoru İsmayıl Ələkbərov təmsil etdiyi şirkətin Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi İKT layihələri barədə ətraflı məlumat verib.

 

Sudan tərəfi Azərbaycan İT şirkətinin texnoloji həllərinə və məhsullarına Afrika regionunda böyük maraq olduğunu bildirib.


Əldə olunan razılığa əsasən, NEURON TECHNOLOGİES şirkəti cari ilin noyabr ayı ərzində Sudanın paytaxtı Xartum şəhərinə səfər edəcək və burada elektron təhsil və elektron kənd təsərrüfatı layihələrinin icrası üzrə ilkin danışıqlara başlanacaqdır.

27.10.2017 14:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ