Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

ABŞ iqtisadiyyatı təəccübləndirdi - DOLLAR BAHALAŞIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ iqtisadiyyatı təəccübləndirdi - DOLLAR BAHALAŞIR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


ABŞ iqtisadiyyatı qasırğaların mənfi təsirinə baxmayaraq, 3-cü rübdə gözləntilərin üzərində artıb.

 

"Marja" xəbər verir ki, Ticarət Nazirliyinin məlumatlarına görə, iqtisadiyyat 3-cü rübdə 3% artıb. Gözlənti 2.6% idi.

 

Güclü istehlakçı xərcləri iqtisadi inkişafı dəstəkləyib. Şəxsi istehlak xərcləri bu dövrdə 2.4% artıb. Gözlənti 2.1% artım idi. Bu rəqəm 2-ci rübdə 3.3% olaraq reallaşmışdı. Baza PCE İndeksi illik müqayisədə 1.3% artıb.
 

İqtisadiyyat ilin 2-ci rübündə 3.1% faiz böyümüşdü. İqtisadiyyat sonuncu dəfə  2014-cü ildə 2 rüb ardıcıl 3% və üzərində  artmışdı.
 

Bugünkü fakt iqtisadiyyatın qasırğalara baxmayaraq yolunda getdiyini göstərir. Gözləntilərin üzərində çıxan bu göstərici, Fed-in Dekabr ayında faiz artırması üçün də bir əsas yaradır.

 

Dollar, ABŞ-da iqtisadi artım göstəricisinin açıqlanmasından sonra mühüm valyutaların hamısı qarşısına dəyər qazanıb.


 
ABŞ-da Cümə axşamı günü büdcə layihəsinin Nümayəndələr Palatasında qəbul olunandan sonra bahalaşaraq 3 ayın zirvəsinə qalxan Dollar, ABŞ-da iqtisadi artım göstəricisindən sonra daha da bahalaşıb.

 

Avro/Dollar məzənnəsi 1.16-dan da aşağı düşərək, Bakı vaxtı ilə saat 15:57-də 1.1598 olub.

 

Dolların 10 mühüm valyuta qarşısındakı dəyərini təqib edən Bloomberg Dollar İndeksi, Cümə axşamı günü 0.7 faiz qalxmasının ardından Cümə günü də yüksəliş qeyd edib.


 
ABŞ pulu, artım göstəricisinin açıqlanmasından sonra qazanclarını artıraraq 0.40% də yüksəlib. İndeks, təxminən 1187,70 bənd səviyyəsinə qalxıb.

27.10.2017 14:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ