Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakıda Beynəlxalq Bank Şurasının növbəti iclası keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda Beynəlxalq Bank Şurasının növbəti iclası keçirilib

26 oktyabr 2017-ci ildə Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Şərqi Avropa və əksər MDB ölkələrindəki banklar birliklərinin üzvü olduğu Beynəlxalq Banklar Şurasının (BBŞ) növbəti iclası keçirilmişdir.

 

Reklam_3_11

İclasda Şərqi Avropa və əksər MDB ölkələrində fəaliyyət göstərən banklar assosiasiyalarının sədrləri və üzvləri, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışov, Bank Ombudsmanı İkram Kərimov, millət vəkili Vahid Əhmədov, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Qurbanov Faiq iştirak etmişdir.

 

İclasın gündəliyindəki ilk məsələ BBŞ-nin 2014-2017-ci illər ərzindəki fəaliyyəti haqqında iştirakçılara məlumat verilməsi olmuşdur. Bu müddət ərzində Şuraya sədrlik etmiş A.V.Muriçevin BBŞ-nin 2014-cü ilin sentyabr ayından 2017-ci ilin sentyabr ayına qədər fəaliyyətinin nəticələrini əks etdirən hesabatı dinlənilmişdir.

 

Daha sonra, 2017-2020 illər üçün Şuranın rəhbər vəzifələrinə açıq səsvermə ilə seçki keçirilmişdir. Səsvermə nəticəsində Şuraya sədr kimi Assosiasiya “Rusiya”nın sədr müavini A.V.Muriçevin, sədrin müavinləri kimi Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Mərkəzi və Şərqi Avropa Banklar Assosiasiyasının Baş direktoru Lendel İştvan, Qazaxıstan Banklar Assosiasiyasının rəhbəri Marat Baytokov, Serbiya Banklar Assosiasiyasının Baş direktoru Veralub Duqaliç və Ukrayina Banklarının Azad Assosiasiyasının İcraçı direktoru Korobkova Elena, qurumun icraçı katibi kimi isə Assosiasiya “Rusiya”nın Beynəlxalq Əməkdaşlıq Mərkəzinin direktoru Svetlana Parskova seçilməsinə səs birliyi ilə qərar verilmişdir.

 

Həmçinin iclasda əsas müzakirə mövzusu Maliyyə Ombudsmanı institunun maliyyə bazarındakı rolu olmuşdur. İştirakçılar bu sahədə öz təbrübələrini bölüşmüş və fikir mübadiləsi aparılmışdır, eləcə də bu institutun maliyyə bazarı üçün əhəmiyyəti vurğulanmışdır. Nəticədə, maliyyə ombudsmanı haqqında təcrübələri əks etdirən sənədin BBŞ platforması üzərindən mübadiləsinə qərar verilmişdir. Həmçinin hər bir üzvün bu institutun əhəmiyyəti haqqında ölkələrindəki bütün maraqlı kredit və digər maliyyə təşkilatlarını məlumatlandırması məsləhət görülmüşdür. Qeyd edək ki, artıq Azərbaycanda belə bir institut – Bank Ombudsmanı adı ilə artıq bu ilin sentyabr ayından fəaliyyət göstərir.

 

Sonda Şuranın növbəti iclasının yeri, vaxtı, eləcə də gündəliyinə daxil edilməli olan məsələlər müzakirə edilmiş, iştirakçıların təklifləri dinlənilmişdir.

 

Qeyd edək ki, Beynəlxalq Bank Şurasının yaradılması haqqında qərar 3 sentyabr 2004-cü il tarixində Soçidə "Rusiya bankları - XXI əsr" mövzusunda keçirilmiş II Beynəlxalq Bank Forumunda qəbul edimişdir və Şuranın yaradılması haqqında müvafiq Əsasnamə təsdiq edilmişdir.

 

Yarandığı tarixdən hazırkı dövrə qədər, Azərbaycan, Gürcüstan, Serbiya, Tacikistan, Özbəkistan, Ukrayna, Moldova, Ermənistan, Monteneqro, “MDB Maliyyə-Bank Şurası” və “Avrasiya Əməkdaşlıq Təşkilatının Maliyyə-Bank Şurası” üzv olunmuşdur. Hazırda Şuraya 17 təşkilat daxildir.

 

05 sentyabr 2008-ci ildən etibarən Rusiya Regional Banklar Assosiasiyasının sədri A.V. Muriçev Beynəlxalq Bank Şurasının sədridir.

27.10.2017 15:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ