Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Kataloniya müstəqilliyini elan edib - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kataloniya müstəqilliyini elan edib - YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İspaniya Senatı Kataloniyada birbaşa idarəçiliyin tətbiqi barədə qərar qəbul edib. 


 
Senat hökumətin müraciəti əsasında İspaniya Konstitusiyasının 155-ci maddəsinin tətbiq olunmasına qərar verib. Bu, Kataloniyanın muxtariyyətinin müvəqqəti ləğvi və bölgənin mərkəzi hökumətin birbaşa idarəçiliyinə keçməsi deməkdir.


 
İspaniyanın baş naziri Mariano Rahoy “Twitter” sosial şəbəkəsindəki səhifəsində xalqı səbirli olmağa çağırıb. O, Kataloniyada qanunçuluğun bərpa ediləcəyini bildirib.


 
Qeyd edək ki, bu gün Kataloniya parlamentində regionun müstəqilliyi barədə Bəyannamə qəbul edib. Sənədin lehinə 70, əleyhinə 10 nəfər səs verib, 2 səs etibarsız sayılıb. İspaniyanın bütövlüyünə tərəfdar olan partiyalar səsverməyə qatılmayıb.

 

XXX

 

Bu gün Kataloniya parlamentində regionun İspaniyadan ayrılaraq, müstəqillik elan edilməsi barədə Bəyannamə müzakirə olunub.


 
TASS agentliyinin verdiyi məlumata görə, bu barədə Kataloniya parlamentinin səbri Karme Forkadel bildirib. Kataloniya parlamenti səs çoxluğu ilə müstəqilik haqqında Bəyannaməni qəbul edib.


 
Deputatlardan 72-si Müstəqillik Bəyannaməsinin lehinə, 10-u əleyhinə səs verib, 2 nəfər səsvermədə iştirak etməyib.  


 
Rəsmi Madrid qərara hələlik münasibət bildirməyib. 


 
Qeyd edək ki, İspaniya baş naziri Mariano Rajoy səsvermədən əvvəl İspaniya senatından Madrid Karles Puçdemonu vəzifəsindən uzaqlaşdırmaq üçün səlahiyyət verilməsini istəmişdi.


 
Xatırladaq ki, oktyabrın 1-də İspaniyanın Kataloniya Muxtar Vilayətində bölgənin müstəqilliyi haqqında qalmaqallı referendum keçirilib və səsverməyə qatılanların əksəriyyəti müstəqilliyin tərəfdarı olduğunu bəyan edib.
 


İspaniya Nazirlər Kabinetinin oktyabrın 21-də keçirilən təcili iclasında Kataloniya ilə bağlı ölkə Konstitusiyasının indiyə qədər istifadə olunmayan 155-ci maddəsini işə salmaq qərara alınıb. Bu maddə Kataloniyanın muxtariyyət statusunun ləğvini nəzərdə tutur. 

27.10.2017 15:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ