Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ağyazı çölündə aqropark yaradılır - qoz,badam, alma, armud...

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ağyazı çölündə aqropark yaradılır - qoz,badam, alma, armud...

Qaxda yaradılan aqroparkda taxılçılıq, bitkiçilik və meyvəçilik təsərrüfatları fəaliyyət göstərəcək


 

Reklam_3_11

Ölkəmizdə aqroparklardan biri də Qax rayonunun Ağyazı kəndinin ərazisində yaradılır. Qax şəhərindən 30 kilometr aralıda, Ağyazı çölündə yaradılan aqroparkın ümumi ərazisi 2044 hektardır. Aqroparkın infrastrukturunun qurulması istiqamətində qısa müddətdə xeyli iş görülüb.

 

“Ulu-Aqro” MMC-nin icraçı direktoru Məhərrəm Məhərrəmov müsahibəsində aqroparkın tərkibinə daxil olacaq obyektlər, təsərrüfat sahələri barədə məlumat verib, indiyədək görülmüş işlərdən və nəzərdə tutulan tədbirlərdən söz açıb.

 

Müsahibimiz bildirib ki, taxılçılıq, bitkiçilik və meyvəçilik təsərrüfatlarını özündə birləşdirəcək aqroparkın ərazisində gələcəkdə heyvandarlıq kompleksinin yaradılması da nəzərdə tutulur.

 

Aqroparkın ərazisinin suvarma suyu ilə təmin olunması üçün hazırda Əyriçay dəryaçasından 1200 millimetr diametrli borularla 4,5 kilometr uzunluğunda su xətti çəkilir. Tezliklə ərazidə “pivot” suvarma sisteminin quraşdırılmasına başlanılacaq. İndiyədək aqroparkın ərazisində 9 vaqon ev, 1 tərəzi quraşdırılıb, 3 ofis binası tikilib. Taxıl, qarğıdalı, soya və digər kənd təsərrüfatı məhsullarının saxlanması üçün inşa edilən və ümumi tutumu 8 min ton olan 4 anbar binasından üçünün tikintisi artıq başa çatdırılıb. Aqroparkın maddi-texniki bazasının yaradılması məqsədilə indiyədək 23 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilib.

 

Tezliklə bağçılıq təsərrüfatının yaradılmasına başlanılacaq

 

Məhərrəm Məhərrəmov diqqətə çatdırıb ki, aqroparkın ərazisində 2017-ci ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 244 hektar buğda sahəsindən cari mövsümdə 922 ton məhsul tədarük edilib. Hər hektardan orta məhsuldarlıq 38 sentnerə yaxın olub. Bundan əlavə, 43 hektar günəbaxan sahəsindən 82 ton məhsul götürülüb. Soya bitkisinin biçini isə davam edir. Eyni zamanda, 2018-ci ilin məhsulu üçün ərazidə 1900 hektar sahədə şum aparılıb, indiyədək 800 hektar sahəyə arpa və buğda səpilib.

 

Bağçılıq təsərrüfatının yaradılması üçün aqroparkın ərazisində 287 hektar sahədə qoz və badam, 128 hektarda isə alma, armud, şaftalı və gilas ağaclarının əkilməsi planlaşdırılır. Meyvə ağaclarının əkilməsi üçün artıq yerlər müəyyənləşdirilib və tezliklə tinglərin əkininə başlanılacaq.

 

Aqroparkda 300-dək iş yeri açılacaq

 

Aqroparkda aparılan tikinti-quraşdırma işlərini “Körpü Bina Tikinti” MMC-nin kollektivi yerinə yetirir. Sahə rəisi Söhrab Əliyev bildirib ki, su xəttinin çəkilməsi üçün maneçilik törədən 5 təpə ağır texnikanın köməyi ilə qazılaraq hamarlaşdırılır. Əraziyə 16 kilometr uzunluğunda elektrik xəttinin çəkilişi davam etdirilir.

 

Aqroparkda 300-dək daimi və mövsümi iş yerinin açılması nəzərdə tutulur.

 

Şübhə yoxdur ki, yeni yaradılan aqropark rayon iqtisadiyyatının sürətli inkişafına, aqrar sahənin ixrac potensialının artmasına, əhalinin məşğulluğunun təmin olunmasına öz töhfəsini verəcək.

 

© Azərtac

28.10.2017 09:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ