Ən yuxarı statik reklam_3

Azərbaycan Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olub

“Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsi üzrə qalib dövlətlər elan olunub.

 

Reklam_3_11

"Marja.az"ın Avropa Şurasının (AŞ) saytına istinadən verdiyi məlumata görə, ədliyyə və məhkəmə sistemi sahəsində uğur qazanmış Avropanın dörd ən mütərəqqi layihəsi AŞ tərəfindən mükafatlandırılıb.

 

Bu mötəbər mükafata layiq görülən ölkələr sırasında məhkəmə sistemi sahəsində nailiyyətləri olan Azərbaycan da var. Müsabiqədə Azərbaycan Məhkəmə-Hüquq Şurası elektron məhkəmənin tərkib hissəsi olan “Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab” adlı layihə ilə iştirak edib və bu layihə Avropa ekspertləri tərəfindən yüksək qiymətləndirilib. Digər üç layihə Norveç, Bolqarıstan və İtaliya tərəfindən təqdim edilib.

 

Qeyd edək ki, oktyabrın 27-də Avropa Ədliyyə Gününün qeyd olunması ərəfəsində baş tutan “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsi Avropa Şurası tərəfindən 2005-ci ildən keçirilir və həmin müsabiqə çərçivəsində ədliyyə və məhkəmə sisteminin fəaliyyəti ilə bağlı Avropa Şurasının 47 üzv dövləti sırasından ən qabaqcıl və səmərəli təcrübələr seçilərək mükafatlandırılır.

28.10.2017 15:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ