KİV nümayəndələrinin nəzərinə - Müsabiqəyə start verilib
Heydər Əliyev Fondu və “Novo Nordisk” şirkətinin birgə təşəbbüsü ilə ölkəmizdə “Azerbaijan Changing Diabetes Awards” layihəsi çərçivəsində jurnalistlər üçün müsabiqəyə start verilib.
Layihə çərçivəsində İlin ən yaxşı jurnalisti (Best journalist of the year) nominasiyası təqdim olunacaq.
Şəkərli diabet xəstəliyi ilə mübarizəyə dair, o cümlədən şəkərli diabet haqqında maarifləndirici yazı müəllifləri, şəkərli diabetlə bağlı tədbirlərdə iştirak edən jurnalistlər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə şəkərli diabetli pasiyentlərin həyat tərzinin yaxşılaşdırlımasına yönəlmiş, həmçinin şəkərli diabetin müalicəsinin xərclərinə və onların optimallaşdırılmasına həsr olunmuş məqalə müəlliflərinə üstünlük veriləcək.
Jurnalistlər tarixindən asılı olmayaraq mətbuatda sözügedən mövzuda çap olunan məqalələrini [email protected] email ünvanına göndərə bilərlər. Məqalə müəllifləri məqalə ilə birlikdə öz tərcümeyi-hallarını da məktuba əlavə etməlidirlər.
Fərqlənən yazı müəlliflərini Heydər Əliyev Fondunun və “Novo Nordisk” şirkətindən dəyərli hədiyyələr gözləyir. Qaliblər noyabr ayının 29-da keçiriləcək “Azerbaijan Changing Diabetes Awards” mükafatının təqdim etmə mərasimində açıqlanacaq. Təşkilatçılar bütün media nümayəndələrini müsabiqədə fəal iştiraka çağırır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
17 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 18 saat əvvəl
-
18 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
19 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 20 saat əvvəl
-
20 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl