Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Fiat Chrysler də emissiya hiyləsi işlədib

iç səhifə xəbər başlığı altı (mobil)_31
 Fiat Chrysler də emissiya hiyləsi işlədib

ABŞ-ın Ətraf Mühiti Qoruma Agentliyi (EPA) Fiat Chrysler-in dizel avtomobillərinə emissiyanı azaldan gizli proqram yükləyərək qanunları pozduğunu bildirib.

 

EPA-dan verilən yazılı açıqlamaya görə, Amerikan - İtalyan avtomobil istehsalçısı Fiat Chryslerin 100 mindən çox dizel avtomobillərdə ölkədəki emissiya standartlarını pozan proqram yüklədiyi təsbit edilib.

 

Söz mövzusu proqram, 2014-2016-cı illər arasında istehsal edilmiş Gand Cherokee və Dodge Ram marka yük maşınılarda aşkar edilib.


Ətraf Mühiti Qoruma Agentliyi eyni qanun pozuntusu ilə Volkswagen-i də günahlandırmışdı.

 

Almaniyanın avtomobil istehsalçısı Volkswagen (VW), emissiya hiyləsi skandalı çərçivəsində günahlarını qəbul edərək əvvəlki gün ABŞ orqanları ilə 4,3 milyard dollarlıq bir razılaşma əldə etdiyini açıqlamışdı.

 

Fiat Chrysler-in də pozuntular səbəbilə cərimə və ehtiyat tədbirlərilə qarşı-qarşıya qala biləcəyi vurğulanan açıqlamanın ardından, şirkətin Milan Birjasında əməliyyat olunan səhmləri 16% və Nyu York Birjasında əməliyyat olunan səhmlər 13 ətrafında dəyərdən düşüb.

13.01.2017 05:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ