Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Ərəblər "Ağ şəhər"dən mənzillər almağa başlayıblar - SƏBƏB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ərəblər "Ağ şəhər"dən mənzillər almağa başlayıblar - SƏBƏB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son dövrlər Bakıdan, xüsusilə də Ağ şəhərdən mənzil alan xarici vətəndaşlar artmağa başlayıb.

 

Reklam_3_11

Bu barədə Ağ Şəhərdə fəaliyyət göstərən yaşayış kompleksinin rəhbəri deyib.

 

Mənbənin bildirdiyinə görə, xüsusilə də son bir neçə ayda ərəblər Ağ Şəhərdən ev almağa başlayıb. Buna səbəb isə Azərbaycanda mənzillərin digər ölkələrə nisbətən ucuz olmasıdır:

 

“Bəhreyn telekomunikasiya şirkətində rəhbər vəzifədə çalışan ərəb vətəndaşından bu barədə soruşmuşduq. O dedi ki, Bəhreyndə ev almaq çox bahadır. Məsələn, bizdən aldığı mənzilin 1 kv.m-i 1000 dollardırsa, Bəhreyndə evin 1 kv.m-i 10 min dollar təşkil edir. Yəni, Bakıdan, Ağ Şəhərdən ev almaq 10 dəfə sərfəlidir. Bəhreyndə bir yataq otağının qiymətinə Bakıda böyük bir mənzil əldə etmiş olur”.

 

Mənbənin verdiyi məlumata görə, hazırda Azərbaycanda daşınmaz əmlak qiymətləri MDB məkanında ən aşağı qiymətlərdir: “Qazaxıstanda, Özbəkistanda, Gürcüstanda tikinti layihələrində iştirak etmişəm. Məsələn, biz 2016-cı ildə Tbilisidə bina tikirdir. Bakının Xətai rayonu kimi orta bir ərazidə mənzillərin qiyməti 1200-1400 dollar arasında dəyişirdi. İndiki qiymətlə bu 2300-2500 manat edir. Halbuki, hazırda Xətai rayonunda kv.m-i 1400-1500 manata ev tapa bilərsiz”.

 

İCARƏYƏ OFİSLƏR TƏKLİF OLUNUR!

 

© Fins

28.10.2017 11:35

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ