Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Nəhəng layihə bu gün açılır!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nəhəng layihə bu gün açılır!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Gürcüstanın Baş Naziri Giorgi Kvirikaşvilinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının keçiriləcəyi gözlənilir. 30 Oktyabrda  Bakıdan ilk rəsmi qatar yola düşəcək. Bakı-Tbilisi-Qars dəmir yolu xəttində daşınacaq yükün illik 50 milyon tona çatdırılması hədəflənir.


 
"Marja" xəbər verir ki, 2007-ci ildə tenderi keçirilmiş və 2008-ci ilin İyul ayında təməli qoyulan Bakı-Tbilisi-Qars Dəmir Yolu Layihəsinin 79 kilometri Türkiyədən, 246 kilometri Gürcüstandan, 504 kilometri isə Azərbaycandan keçir. Layihədə Türkiyədən Gürcüstana hərəkət tunel vasitəsilə təmin olunur. Tunelin 2 min 375 metri Türkiyə, 2 min 70 metri isə Gürcüstan ərazisindədir.  

 

İCARƏYƏ OFİSLƏR TƏKLİF OLUNUR!


 
Yolu, Şərqi Marmara üzərindən Avropaya bağlayan dəmir yolu şəbəkəsi sayəsində Türkiyə ilə Asiya, Qafqaz və Avropa ölkələri arasında nəqliyyat daha asan olacaq. Bakı-Tbilisi-Qars dəmir yolu ilə beynəlxalq daşıma potensialı illik 50 milyon tona çatacaq.
 

Yolun istifadəyə verilməsilə 1 milyon sərnişin daşınacaq. Regiona məşğulluq,  kommersiya baxımından "həyat verəcək"  layihə, enerji sektorundakı Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrindən sonra hər üç ölkənin həyata keçirdiyi üçüncü böyük layihədir.

 

Londondan çıxan bir qatar Pekinə qədər hərəkət edə biləcək. "Dəmir İpək Yolu"nun marşrut üzərində olan ölkələrə çox ciddi əlavə dəyər yaradacağı gözlənilir. Dəmir yolu iqtisadiyyatları canlandıracaq, məhsulların xarici bazarlara asan və ucuz çatdırılmasına imkan verəcəkdir. 

30.10.2017 06:25

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ