Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Quşçuluq ferması yandı, 10 min quş tələf oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Quşçuluq ferması yandı, 10 min quş tələf oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İsmayıllı rayonunda quşçuluq fermasında yanğın olub.


 
Hadisə İsmayıllı rayonunun Ağahüseyn Aslanov küçəsində yerləşən quşçuluq fermasında qeydə alınıb.
 
İsmayıllı rayon sakini Abdullayev Azər Həmid oğluna məxsus ümumi sahəsi 450 kvadratmetr olan quşçuluq fermasında baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
 
Yanğın zamanı fermanın bütün ərazisindəki yanar konstruksiyalar yanıb, eləcə də içərisindəki 10 min baş cücə, toyuq və xoruz tələf olub. Yanğın gecə saatlarında baş verdiyi üçün quşları xilas etmək mümkün olmayıb. Sahibkarın sözlərinə görə, yanğın nəticəsində ona 100 min manata yaxın maddi ziyan dəyib. Hadisənin baş vermə səbəbi hələ ki, məlum deyil.
 
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

© APA

29.10.2017 16:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ