"Atena", energetik içkiləri "duelə" çağırıb

Marja.az xəbər verir ki, artıq bir neçə gündür "Atena" brendinin Facebook və İnstagram səhifələrində paylaşılan postlar sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. 

 

Bu dəfə şirkət “enerjini süddən al” çağırışı və #ondansasüdiç həştəqi ilə sosial şəbəkələrdə gündəmə gəlməyi bacarıb. 

 

"Atena" brendi postun mövzusunda şəkildə göstərilən qablaşdırmanın bir təxəyyül məhsulu olduğunu yazmasına baxmayaraq, şərh yazan istifadəçilərin bəziləri bu postun yerli bazarda olan enerji içki markalarını SMM (Sosial Media Marketinq) duelinə çağırmaq məqsədi ilə paylaşıldığını düşünürlər.

 

İndi bir neçə gündür markalar həmin posta maraqlı cavablar hazırlamaqda davam edirlər. Məsələnin şərhlərdən görünən tərəfi odur ki, "Atena" bu postlara daha hazırlıqlı cavablar hazırlayır. Digər sektorların SMM nümayəndələri "Atena"nın postunu öz seqmentləri üçün istifadə etsələrdə, hələki diqqət "Atena" brendinin postları üzərindədir. Ümumiyyətlə rəqəmsal marketinqdə bu kimi addımları SMM xidmətinin yeni mərhələyə çıxması kimi də qiymətləndirmək olar.

 

Qeyd edək ki, son vaxtlar "Atena" brendinin sosial şəbəkələrdəki marketinq addımları hamı tərəfindən maraqla izlənilir. Hər bir paylaşılan postda həştəqlərdən birinin #apamark olması səhifənin Apamark Marketinq və PR şirkəti tərəfindən idarə olunmasını deməyə əsas verir.

30 Oktyabr 2017, 07:56   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin