Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Bank VTB Azərbaycan” maliyyə göstəricilərini açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank VTB Azərbaycan” maliyyə göstəricilərini açıqlayıb

“Bank VTB Azərbaycan” 2017-ci ilin 9 ayını 2 milyon 420 min manat xalis mənfəət ilə başa vurub. Mənfəət, ehtiyatların azad olması nəticəsində yaranıb.

 

“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə Bankın cəmi gəlirləri 19 milyon 936 min manat, o cümlədən faiz gəlirləri 10 milyon 730 min manat, qeyri-faiz gəlirləri isə 9 milyon 207 min manat təşkil edib.

 

9 ayda Bankın cəmi xərcləri isə 35 milyon 83 min manat, o cümlədən faiz xərcləri 22 milyon 670 min manat, qeyri-faiz xərcləri isə 12 milyon 413 min manat təşkil edib. Xərclər gəlirlərdən çox olduğundan 15 milyon 146 min manat əməliyyat zərəri yaranıb. Lakin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan 18 milyon 416 min manat azad edilib (Bu bankda problemli kreditlərin azaldığına işarədir), nəticədə zərər bağlanıb və Bankın 3 milyon 270 min manat mənfəəti yaranıb. Bank mənfəətindən 849 min manat mənfəət vergisi ödəyib. Beləliklə, “Bank VTB Azərbaycan” 2017-ci ilin 9 ayını 2 milyon 420 min manat xalis mənfəət ilə başa vurub.

 

30 Sentyabr 2017-ci il tarixində "Bank VTB Azərbaycan" 395 milyon 105 min manat cəmi aktivlərə, 357 milyon 245 min manat cəmi öhdəliklərə və 37 milyon 860 min manat cəmi balans kapitalına malik olub.

 

Bank 2016-cı ilin sonunda 435 milyon 563 min manat cəmi aktivlərə, 399 milyon 431 min manat cəmi öhdəliklərə və 36 milyon 131 min manat cəmi balans kapitalına malik idi.

 

Bankın müştərilərə verdiyi kreditlər (məqsədli ehtiyatlar çıxılmaqla) 321 milyon 116 min manatdan 279 milyon 238 min manata geriləyib.  Bankda depozitlər isə 43 milyon 129 min manatdan, 40 milyon 499 min manata düşüb.

 

 “VTB Azərbaycan” Azərbaycan Mərkəzi Bankına 30 milyon manat, götürdüyü kreditlər üzrə isə banklar və digər maliyyə institutlarına 140 milyon 178 min manat borcludur. Bundan başqa, digər banklar “VTB Azərbaycan”a 136 milyon 256 min manat depozit yatırıblar.

 

30 Sentyabr 2017-ci il tarixində “VTB Azərbaycan” 50 milyon manat məcmu kapitala malik olub.

 

MƏNFƏƏT VƏ ZƏRƏR HESABATI

 

III rub 2017

 

İlin əvvəlindən hesabat tarixinə qədər

Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi

10 730,08  

Faizlər və onlara bağlı xərclər, cəmi

22 669,59  

Xalis faiz mənfəəti (zərəri)

-  11 939,51  

Qeyri-faiz gəlirləri, cəmi

9 206,88  

Qeyri-faiz xərcləri, cəmi

12 413,21  

Xalis əməliyyat mənfəəti (zərəri)

- 15 145,85  

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)

-  18 415,58  

Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərər)

3 269,73  

Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət (zərər), cəmi

 

Vergilər ödənilənədək xalis mənfəət (zərər)

3 269,73  

Mənfəətdən ödənilən vergilər

                 849,35  

Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər)

2 420,38  

  

 

AKTİVLƏR

 

 

III RUB      2017

Nağd vəsaitlər

       8 813,83  

Nostro hesablar (Mərkəzi Bank və digər banklardakı müxbir hesablar)

     59 346,16  

 Banklara verilmiş kreditlər

       7 480,88  

Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, cəmi

                  -    

Qiymətli kağızlara investisiyalar

 

Kredit portfeli (müştərilərə verilmiş kreditlər - məqsədli ehtiyatlar çıxılmaqla)

   279 238,59  

Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər

       1 479,29  

Bank işində istifadə olunmayan əsas vəsaitlər, cəmi

 

Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər

       1 794,18  

Digər aktivlər

     36 953,05  

CƏMİ AKTİVLƏR

   395 105,98  

ÖHDƏLİKLƏR

 

Depozitlər

     40 499,34  

AMB-nın banka qarşı tələbləri, cəmi

     30 000,00  

Digər bankların tələbləri (“Loro" hesabları), cəmi

          213,30  

Banklar və digər maliyyə institutlarının kreditləri

   140 178,71  

Bankların depozitləri

   136 256,33  

Digər maliyyə müəssisələrinin (banklardan başqa) depozitləri, cəmi

       6 665,39  

Mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri

 

Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri (müddətli imtiyazlı səhmlər də daxil olmaqla)

 

 Digər passivlər

       3 432,44  

CƏMİ ÖHDƏLİKLƏR

   357 245,52  

KAPİTAL

 

Xüsusi kapital, cəmi

     37 363,15  

a) dövriyyədə olan adi səhmlər

     50 815,00  

b) dövriyyədə olan müddətsiz imtiyazlı səhmlər (nominal və bazar qiymətləri arasındakı fərq daxil olmaqla)

 

c) adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq

 

d) bölüşdürüməmiş xalis mənfəət (zərər), cəmi

-    13 451,85  

Ümumi ehtiyatlar, cəmi

          497,30  

Cəmi kapital

     37 860,45  

CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL

   395 105,98  

 

Kapitalın strukturu, min manatla

 

 

III rüb 2017

 

 

I dərəcəli kapital :

  34 942,77  

Adi səhmlər

      50 815,00  

Keçmiş illərin mənfəət/zərəri

-     15 872,23  

Cari ilin zərəri

                 -    

 I dərəcəli kapitaldan tutulmalar

        1 794,18  

Tutulmalardan sonra I dərəcəli kapital

      33 148,59  

II dərəcəli kapital :

 

Ümumi ehtiyatlar

           497,30  

Cari ilin mənfəət

        2 420,38  

Kapitalın digər vəsaitələri

      13 942,40  

 II dərəcəli kapitalın cəmi

      16 860,08  

 Məcmu kapital

  50 008,67  

 Risk dərəcəsi üzrə ölçülmuş aktivlər

  98 478,20  

 

 

 

III rüb 2017

AR MB tərəfindən təyin olunmuş norma

 I dərəcəli kapitalın adekvatlıq əmsalı

33,54%

5%

Məcmu kapitalın adekvatlıq əmsalı

50,69%

10%

30.10.2017 07:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ