Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan yük avtomobili istehsalını 2 dəfədən çox artıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan yük avtomobili istehsalını 2 dəfədən çox artıracaq

Azərbaycan yük avtomobili istehsalını 2 dəfədən çox artırmağı planlaşdırır. Belə ki, 2018-ci ildə 480 ədəd yük avtomobili istehsalı gözlənilir ki, bu da 2017-ci ilin gözləntisi ilə müqayisədə 2,1 dəfə artım deməkdir.


Bu barədə İqtisadiyyat Nazirliyinin 2018-ci il və sonrakı 3 il üzrə hazırladığı iqtisadi proqnoz göstəricilərində bildirilir.


Yük avtomobili istehsalının 2019-cu ildə 530 ədəd, 2020-ci ildə 650 ədəd, 2021-ci ildə 600 ədəd olacağı nəzərdə tutulub.


Həmçinin, traktor istehsalında da növbəti ildə artım proqnozlaşdırlır. 2018-ci ildə traktor istehsalının 2017-ci ilin gözləntisi ilə müqaysədə 15,2% artaraq 1 365 ədədə çatacağı nəzərdə tutulur. İstehsalın 2019-cu ildə 1 370, 2020-ci ildə 1 360, 2021-ci ildə 1 520 ədədə çatacağı gözlənilir.

 

© Report

30.10.2017 08:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ