Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“AtaBank” birləşmədən sonra mənfəətini artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AtaBank” birləşmədən sonra mənfəətini artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AtaBank” ASC 2017-ci ilin 9 ayını 1 milyon 673 min manat xalis mənfəətlə başa vurub.

 

Reklam_3_11

“Marja” Banka istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr  ayları ərzində cəmi gəlirlər 40 milyon 785 min manat, o cümlədən faiz gəlirləri 36 milyon 205 min manat, qeyri-faiz gəlirləri 4 milyon 580 min manat təşkil edib. Bankın cəmi xərcləri isə 34 milyon 971 min manat olub və nəticədə Bankın 5 milyon 814 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətinin 4 milyon 142 min manatını Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb. Nəticədə Bank cari ilin 9 ayını 1 milyon 673 min manat xalis mənfəətlə bağlayıb.

 

"CDB BANK"SIZ DAHA ÇOX GƏLİR GÖTÜRMÜŞDÜ

 

"CDB Bank"ın birləşmədiyi vaxt, 2016-cı ilin yanvar-sentyabr dövründə “AtaBank”ın cəmi gəlirləri 48 milyon 126 min manat (faiz gəlirləri 38 milyon 204 min manat, qeyri-faiz gəlirləri 9 milyon 924 min manat), cəmi xərcləri 34 milyon 239 min manat təşkil etmiş və dövrü 15 milyon manatdan çox xalis mənfəətlə başa vurmuşdu. Lakin sonradan  Bank ehtiyatlara 16 milyon 679 min manat ayırma edildiyindən ötən ili cəmi 340 min manat xalis mənfəətlə başa vurmuşdu.

 

BİRLƏŞMƏDƏN SONRA AKTİVLƏRİ DƏ ARTIB

 

30 Sentyabr 2017-ci il tarixində “AtaBank” ASC 621 milyon 974 min manat cəmi aktivlər, 472 milyon 800 min manat cəmi öhdəliklərə və 149 milyon 175 min manat cəmi balans kapitalına malik olub.

 

Bank 2016-cı ilin sonunda 472 milyon 541 min manat cəmi aktivlərə, 412 milyon 731 min manat cəmi öhdəliklərə və 59 milyon 811 min manat cəmi balans kapitalına malik idi. Rəqəmlərdə kəskin artım “CDB Bank”ın “AtaBank”a birləşməsilə bağlıdır.

 

2017-ci ilin May ayının sonunda “CDB Bank” birləşdikdən sonra, 30 İyun 2017-ci il tarixində “AtaBank” 609 milyon 875 min manat cəmi aktivlərə, 458 milyon 143 min manat cəmi öhdəliklərə və 151 milyon 731 min manat cəmi balans kapitalına malik idi. 3-cü rübdə müştərilərə verilən kreditlər 532 milyon 494 min manatdan 532 milyon 577 min manata qalxıb.

 

“AtaBank” 144 milyon manatdan çox məcmu kapitala malikdir.

30.10.2017 11:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ