Müntəzəm aviareysinə başladı
Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” oktyabrın 30-dan Bakı-Sankt-Peterburq-Bakı müntəzəm aviareysinə başlayıb. Uçuşlar çərşənbə axşamı və bazar günü istisna olmaqla həftədə beş dəfə həyata keçiriləcək. Biletlərin minimal qiyməti 29 avrodan başlayır.
“Коммерсант.ру” saytı xəbər verir ki, “Vozduşnıye Vorota Severnoy Stolitsı” (Воздушные Ворота Северной Столицы) MMC-nin kommersiya direktoru Yevgeni İlyin bildirib ki, Azərbaycan Sankt-Peterburq üçün mühüm məkandır. Azərbaycan ilə Sankt-Peterburq arasında 2017-ci ilin ilk doqquz ayında sərnişin dövriyyəsi 72 min olub. Bu isə 2016-cı ilin eyni dövrü ilə müqayisədə 16 faiz artım deməkdir.
“Büdcə” və “Standart” tarifləri üzrə aviabiletləri rəsmi saytda əldə etmək mümkündür. 10 kiloqramadək çəkisi olan əl yükü (ölçüləri 55x35x20 santimetr olduqda), çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan “Super” tarifi üzrə aviabiletləri agentliklərin bütün satış ofislərində əldə etmək olar.
Loukoster aviaşirkət olaraq, “Büdcə” minimal tarifində baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.
“Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-cı ilin dekabrında əsası qoyulub. Uçuşlar 2017-ci ilin sentyabr ayından yerinə yetirilməyə başlanıb.
Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
8 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
8 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 8 saat əvvəl
-
9 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 9 saat əvvəl
-
12 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 12 saat əvvəl
-
12 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
12 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir