Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

“Şahdağ”ın kapitalı 500 milyon manatdan çox artırıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Şahdağ”ın kapitalı 500 milyon manatdan çox artırıldı

Nazirlər Kapineti “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” QSC-nin Nizamnaməsində dəyişiklik edib.

 

"Marja" xəbər verir ki, dəyişiklik nəticəsində QSC-nin nizamnamə kapitalı təxminən 509 milyon manat artırılaraq 37,8 milyon manatdan 546,8 milyon manata qaldırılıb.


Qərarda deyilir:

 

 “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 4.4-cü bəndi aşağıdakı redaksiyada verilsin:


- Cəmiyyətin nizamnamə kapitalı 546 775 725.05 (beş yüz qırx altı milyon yeddi yüz yetmiş beş min yeddi yüz iyirmi beş manat beş qəpik) manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil edilir. Nizamnamə kapitalı nominal dəyəri 100 (yüz) manat olan 5 467 757 (beş milyon dörd yüz altmış yeddi min yeddi yüz əlli yeddi) ədəd adi səhmlərdən ibarətdir.

 

2015-ci il 18 dekabr tarixli Nizamnamədə qeyd edilirdi ki,  Cəmiyyətin nizamnamə kapitalı 37.777.427,56 (otuz yeddi milyon yeddi yüz yetmiş yeddi min dörd yüz iyirmi yeddi manat əlli altı qəpik) manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil olunur. Nizamnamə kapitalı nominal dəyəri 100 (yüz) manat olan 377.774 (üç yüz yetmiş yeddi min yeddi yüz yetmiş dörd) ədəd adi səhmlərdən ibarətdir.

 

"Şahdağ Turizm Mərkəzi" Azərbaycanın ən gözəl regionlarından birində, Qusar şəhərinin 25 kilometrliyində yerləşir. Qonaqlar turizm mərkəzinin ərazisində dəbdəbəli hotellərdə, fərdi kənd evlərində, kotteclərdə və hətta, yay mövsümündə çadırda gecələmək kimi  müxtəlif istirahət növləri arasında seçim edə bilərlər.

31.10.2017 05:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ