Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Nazir: Manat və lirə ilə hesablaşmalar bizi xarici şoklardan sığortalayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir: Manat və lirə ilə hesablaşmalar bizi xarici şoklardan sığortalayacaq

“Azərbaycanla Türkiyə idxal-ixrac əməliyyatları zamanı hesablaşmalarda milli valyutadan istifadə etdiyi zaman özünü xarici şoklardan sığortalamış olacaq”.


 
Bunu Bakıda səfərdə olan Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.


 
Onun sözlərinə görə, bununla bağlı hər iki ölkə prezidentinin müvafiq təlimatı var:

 

“Bilirsiniz ki, bununla bağlı ölkə başçılarını müvafiq təlimatı var. Lakin biz ticarətimizi milli valyutada etmirik. Niyə biz idxal-ixrac əməliyyatlarımızı manat və lirədə etmirik? Niyə biz əməliyyatlarımızı başqa valyutalarda edirik və özümüzü neqativ təsirlərdən qorumuruq? Ümid edirəm ki, bunu aradan qaldırmağı bacaracağıq. Bilirsiniz ki, bu yaxınlarda Naxçıvandan Türkiyəyə ixrac olunacaq ümumi dəyəri 120 milyon dollar olan 43 adda məhsulu rüsumdan azad etdik. Başqa sözlə, Türkiyə 20 milyon dollarlıq rüsumdan imtina etdi. Biz qapılarımızı qardaşlarımızın üzünə açdıq. Bizə sərhəd, qadağa yaraşmaz”.

 

© APA

31.10.2017 10:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ